“Toya 1 milyona gedirəm...” - Xalq artistindən şok açıqlama
Xalq artisti Bilal Əliyev ingilis dilini öyrənməyə başlayıb. "AzerTaym.az"-ın “Qafqazinfo”-ya istinadən məlumatına görə, o bu haqda “ATV maqazin” verilişində məlumat verib. Kamera qarşısında ingilis dilində danışmağa cəhd göstərən xalq artisti toy qiymətini 1 milyona qaldırdığını da açıqlayıb: “İngilis dilində 15 mahnı üzərində çalışıram. Londonda ingilis dili kursu keçəcəm. Toy və konsert qiymətim 10 dəfə artıb, artıq 1 milyona gedirəm. O pulu verməsələr, getməyəcəm. Mən mərasimə qrupumla gedirəm, hər konsertdə geyimləri dəyişir. Mən özümə qiymət qoyuram. Savadı olmayan, not bilməyən insanlar xaricdən gəlib milyonlar alır. Bizim kimi oxuyanların qəpik-quruşa toya getməyimiz günah deyil?” Qeyd edək ki, Bilal Əliyevin toya 100 minə getməsi haqda açıqlaması ötən il maqazin gündəmini uzun müddət zəbt etmiş, sosial şəbəkədə müzakirə mövzuzuna çevrilmişdi. Xatırladaq ki, Vergilər Nazirliyi müğənnilərin vergi məsələsi ilə bağlı araşdırmalara başlayıb. Nazirlikdən "Qafqazinfo"nun sorusuna cavab olaraq bildirilmişdi ki, hazırda şou-biznes və musiqi fəaliyyəti ilə məşğul olan, əyləncə obyektlərində fərdi qaydada çıxış edən sənət adamlarının vergi öhdəliklərinə vaxtında və tam həcmdə əməl etmələrinə nəzarətin gücləndirilməsi məqsədilə həmin şəxslərin kütləvi informasiya vasitələrində açıqlanan gəlirləri və dövlət büdcəsinə ödədikləri vergilərin məbləğləri araşdırılır.