"İstəmirəm ki, sonra tabut üstündə ağalayasınız"

Xalq artisti Afaq Bəşirqızı bir neçə gün əvvəl Xalq artisti Brilliant Dadaşovanın canlı efirə zəng edərək dağınıq skleroz xəstəliyindən əziyyət çəkən həmkarı Əməkdar artist Ehtiram Hüseynovdan danışarkən göz yaşlarına boğulmasına kövrək reaksiya bildirib. 

AzerTaym.az bizim.media-ya istinadən bildirir ki, bu haqda 68 yaşlı sənətkar "Elgizlə izlə" verilişinin canlı yayımına zəng edərkən danışıb. 

Dadaşovanı bu cəhətdən örnək müğənni adlandıran Bəşirqızı ürəktitrədən mövzu ilə bağlı fikirlərini belə ifadə edib: 

"Brilliant Dadaşovanın zəngini eşitdim. Həqiqətən, onun zəngi mənə pis təsir etdi. Brilliant bilir ki, mən onu nə qədər çox istəyirəm. Amma bu qədər həssas, diqqətcil olduğu nəzərimə çatmamışdı. Çünki Brilliant çox da cəmiyyət arasına çıxan insan deyil. Brilliant ürəyinə qurban. Ehtiram Xalq artisti deyil, nə də ki, "lyubimçik" (hər kəs tərəfindən sevilən - red.) deyil, amma bunlara baxmayaraq, sən onu bu qədər təriflədin. Mən özüm də Ehtiramı çox istəyirəm. Bütün incəsənət xadimlərinə demək istəyirəm ki, Brilliant xanım sizə örnək olsun. Bir-birinizə qarşı diqqətli olun. Çünki mən istəmirəm, sonra siz tabut üstündə ağlayıb deyəsiniz ki, "Vaxtsız getdi, dostumuz idi..." və sairə. İnsanların dəyərini və qədrini sağlığında bilin. Onlar da bilsinlər və heç olmasa biraz yaşamaq həvəsində olsunlar". 

 






Fikirlər