Könül Kərimovadan plastik əməliyyat iddiasına CAVAB
Əməkdar artist Könül Kərimova plastik əməliyyat etdirməsi iddialarına cavab verib. "Ölkə.az" xəbər verir ki, kosmetoloq qəbulundan görüntü yayımlayan müğənni üzündə estetik dəyişikliklər etdiyini gizlətməyib. Kərimova bildirib ki, bunu kosmetoloq müdaxiləsi ilə edir: "Hamıya cavab verməkdən yorulmuşam. Heç bir plastik əməliyyat etdirməmişəm. Sadəcə kosmetoloq yanına gəlirəm. Onun isə nə etdiyini heç bilmirəm".