“Sən Səmədin arvadı deyilsən” - Efirdə gərginlik
"Elgizlə İzlə" verilişində Əməkdar artist Bəsti Bəkirova ilə müğənni Sevda Əliqızı arasında gərginlik yaşanıb. Axşam.az xəbər verir ki, buna səbəb isə B.Bəkirovanın proqram zaman mərhum Xalq artisti İlhamə Quliyevanın Səməd Səmədovu sevdiyini deməsi və ona ərə getmək istəyindən danışması olub. Sevda həmkarının bu söhbəti açmasını düzgün hesab etmədiyini bildirərək bunları deyib: "Mənə elə gəlir ki, ikisi də o dünyadadırlar. Onların olan söhbətlərini indi aşağılamaq düzgün deyil. Hamının həyatında istədiyi və istəməyəni olub. Bunu sonradan açıqlamağın nə mənası var? İndiki zamandan danışın. Hazırda həyat yoldaşının onu sevməsindən, necə yad etməsindən danışın. Mənə xoş gəlmir". vakansiyalar B.Bəkirova isə S.Əliqızının bu sözlərinə sərt cavab verib: "Sənə xoş gəlməyə bilər. Bu, faktdır. Sənə xoş gəlməyən şeyi camaat danışır. Demək ki, bu söhbət olub ki, xoş gəlmir. Niyə xoş gəlmir? Sən Səmədin arvadı deyilsən. Bunları olduğu kimi danışıram. Çünki məndə yalan yoxdur. Yanımda olan söhbətdir. Səmədi günahlandırmağa heç kimin ixtiyarı yoxdur. Burada istəyi olan İlhamə Quliyeva olub. Bu da təbii bir şeydir".