"Nərimanov" parkındakı əcaib oyun aparatının xeyri çoxdur, yoxsa zərəri? Pul qazanmaq üçün hər şeyə hazır olanların menyüsünə...
Dəyərli oxucular, diqqətinizə təqdim etdiyimiz bu foto şəhərin göbəyində, "Nərimanov" metrosunun çıxışındakı məhşur parkın ortasında quraşdırılmış oyun aparatının ikrah doğuran görüntüsüdür. Unutmaq olmaz ki, böyüklər bir yana, hər gün minlərlə azyaşlı uşaq həmin parkda istirahət edir və həmin aparatın yanından keçib heç olmasa bir anlıq ayaq saxlayır. Həmin aparatda quraşdırılmış "kassa"ya başqa yer tapılmadımı? Bununla uşaqlara və gənc nəslə tərbiyəmi verirlər? Tutaq ki, bu aparatı lap hansısa Avropa ölkəsindən alıb gətiriblər, onu necə deyərlər, abıra salmaq olmazdımı? Axı bura Avropa deyil ki, insanlar çəkinmədən lüt-üryan çimərliklərdə əylənsinlər, eynicinslilərlə nigaha daxil olsun və ya bir kişi öz qadınını ifrat sevdiyindən başqasına təklif etsin.
Bura min illərin adət-ənənəsini hələ də qoruyub saxlamış bir məmləkətdir. Bunu gərək səlahiyyət sahibləri unutmasın. Pul qazanmaq üçün hər şeyə hazır olan avropalılardan belə əcaib nümunələr götürməyə kimsənin haqqı yoxdur!
P.S. Bəzi-bəzi adamlar da Parkda nə qədər gəzişsələrdə nə təztiqləri düşür nə də başqa şakərləri!
Əcəb işə düşmüşük vallah.Park deyil ey "JINIVERA"dı!
Görəsən Park yiyəsi-baş bilənlər sakinlərə qarşı bu LÜTFKARLIGI nə vaxtadək sürdürəcəklər?!