BU DA Dilarənin soyulan “AUDİ”si - FOTOLAR
“Gecə saat 2-də səsyazma studiyasından qayıtdım. Direktorum Nigar Məmmədova da yanımda idi. Yaşadığım yer Nazirlər Kabinetinin yaxınlığındadır, şəhərin mərkəzidir və hər tərəfdə kameralar var. Birinci dəfə deyil ki, “bardaçok”a pul qoyuram. Pulu layihəm üçün ayırmışdım, səhər 9-da ödəniş ediləcəkdi”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında müğənni Dilarə Kazımova deyib. O, ilk dəfə oğurluq hadisəsi ilə üzləşdiyi bildirib: "İlk dəfədir ki, başıma belə bir hadisə gəlir, şokdayam. Avtomobilimə hücum olandan sonra bizə deyildi ki, həmin ərazidə bir neçə gün əvvəl daha iki maşının da pəncərəsini sındırıblar. Bilsəydim, maşına heç nə qoymazdım. Polisə müraciət etdik, həmin şəxsin axtarışlarına başlanılıb. İnanıram ki, tapılacaq. Şəhərin içidir və kameralar çoxdur. İki min pulla yanaşı bahalı ətiri, 3 ədəd günəş eynəyi, xırda pullar da götürüblər. Noutbuku da maşına qoymaq istəyirdik, son anda fikrimizdən daşındıq. İşlə bağlı lazım olduğu üçün özümüzlə götürdük".