AKTYOR BACISININ TOYUNA GETMƏDİ
Ötən gün Savaş Fatin Yurtsevərlə nikah bağlayan müğənni Aslı Hünelin toyunda aktyor qardaşı Saruhan Hünel iştirak etməyib
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, bacı-qardaşın küsülü olduğu üzə çıxıb. Məsələ ilə bağlı Aslı bunları deyib:
“9 ay əvvəl qardaşımla bir məsələyə görə küsmüşük. Toyda yanımda olmağını çox istəyərdim. Amma o gəlmədi. Ürəyinin bizimlə olduğunu bilirəm və onu çox sevirəm”.