“Röya ilə Natavan not bilmirdi...” - Elnarə+Video

““Röya ilə Natavan not bilmirdi...” - Elnarə+Video

Müğənni Elnarə Xəlilova “Qonaq gəl” bizə verilişinin qonağı olub.

Qafqazinfo xəbər verir ki, sənətçi proqramda böyük qalmaqala səbəb olacaq açıqlamalar verib.

İfaçı əvvəlcə küsülü olduğu həmkarı Natavan Həbibi söz atıb.

Elnarə deyib ki, qrup üzvləri arasında tək not bilən özü olub:

“Vaqif Gərayzadə bir çox ulduzları parıldadıb. Bizdən əvvəl Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Almaz Ələsgərli kimi məşhurlardan ibarət trio yaratmışdı. Elə düşünürdüm ki, bizim qrup 10 il davam edəcək. Amma qrupu ilk dəfə Röya tərk etdi. Qrupun bütün ağırlığı üzərimə düşdü. Çünki, onlar arasında yeganə musiqi savadı olan, not bilən mən idim. Onlara bəzi şeyləri mən öyrədirdim. Mən qrupdan getdim, kapitan Natavan Həbibi oldu”.

Müğənni daha sonra keçmiş “W-trio”çu, əməkdar artist Röya Ayxanın bek-vokal oxuya bilmədiyini iddia edib:

“V. Gərayzadənin demək olar ki, 90 faiz mahnılarının bek-vokalını mənlə Natavan oxuyub. Röyabek-vakal oxumağı bacarmır. Yeri gələndə... Röya rahat deyə bilər ki, heç kəsin bek-vokalçısı olmamışam. Röya heç vaxt konsertlərdə oxumurdu, yanımızda dayanaraq bizi güldürürdü. Həmişə zarafatlar edirdi. Bek-vokal oxumaq istedaddır, bu işdən utanmamaq lazımdır. Sevinirəm ki, özümü musiqiçi kimi təsdiq etmişəm”.

“Röya ilə Natavan not bilmirdi...” - Elnarə+Video
 






Fikirlər