Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarına MƏKTUBU
"İrşad "qəzetinində məktəb və maarifçilik məsələlərinə aid yazılarla maraqlananda burada H.Z.Tağıyevin imzası ilə verilmiş bir yazıya təsadüf etdim. Maraqlı idi. Öz adını belə, yaza bilməyən məşhur milyonçu bu yazını nə üçün ictimai müzakirəyə çıxarıb? Yazıda söhbət qızları "Bakı Müqəddəs Nina Qız məkrtəbi"ndə oxuyan müsəlman qızların valideynlərinin Hacı Zeynalabdin Tağıyevə maraqlı bir müraciətindən gedir. Məlumdur ki, adı çəkilən məktəbdə dərslər rus dilində tədris edilirdi. Başqa sözlə, bu məktəb təlimi rus dilində olan təhsil ocağı idi. Adından göründüyü kimi, bu məktəbdə dinindən və milliyyətindən asılı olmayaraq,bütün qızların oxumaq hüququ var idi. Məktəbin təkcə şəriət müəllimindən savayı, bütün müəllimləri qadın idi. Bu da müsəlman valideynlərin ürəyincə deyildi. Onlar H.Z.Tağıyevdən bu müəllimin dəyişilməsini xahiş edirdilər. Çətin məsələ idi. Lakin elm, təhsil və maarif məsələlərini qiyətləndirməyi bacaran H.Z.Tağıyev bu dəfə də öz sözünü deyə bilir. O, ana dili və şəriəti dərindən öyrənmək üçün valideynlərə öz qız övladlarını ibtidai məktəbi ana dilində olan məktəblərdə oxutmağı məsləhət görürdü. Bu cəhətdən nümunəvi qız məktəbinin də adı çəkilirdi: "Bakı Qız Məktəbi ". Nazim Nəsrəddinov, Məktub ("İrşad" qəzeti,17 sentyabr 1906-cı il, N 218) “Cənab mühərrir ( Müraciət edilən zaman "İrşad" qəzetinin mühərriri, müdiri və imtiyaz sahibi Əhməd bəy Ağayev, naşiri İsa bəy Aşurbəyov idi-N.N.) Bakı şəhər müsəlmanları bəndənizə müraciət edib xahiş etdilər ki, Qafqaz Nahiyyə Maarif İdarəsinə vəsatət (vasitəçilik-N.N.) edəm ki, "Bakı Ünas (qadın) Svyataya Nina Məktəbi"ndə təlim almaqda olan müsəlman qızları üçün elmüilahi və türk dili dərslərini tədris edən müəllim kişidən olmayıb, ünas (qadın) taifəsindən iqtidarlı birisini şəriət müəllimliyinə təmim ( bir işi ümumə aid etmək) etsinlər. Əlbəttə, bir məktəb ki orada təlim alan ünas taifəsidir, onların ruhani və cismani şəriətə mütəəlliq (aid-N.N.) dərsləri yenə öz cinslərindən bir müəllimənin təlim və tədris eləməsi zəruridir. Və zəmanə burasını da mənə aşkar elədilər ki, Bakı Müsəlman Qız Məktəbi müəllimlərindən birinin məzkur ( həmin-N.N.) məktəbə gedib dərs demələrinə müsaidə (icazə-N.N.) edəm. Halbuki bu heç bir cəhətlə mümkün olmayacaqdır. Çünki: hal-hazırda Qafqazda bizim ünas taifəsindən türk dili və şəriət dərsi təlim eləməgə müqtədir müəllimə tapmaq çox müşküldür. Filhal (indi,bu saat-N.N.) Müsəlman Qız Məktəbinin müəllimələrindən birisin məzkur (haqqında danışılan-N.N.) məktəbin şəriət dərslərini təmim (bir işi ümumə aid etmə-N.N.) etməgə mühəvvəl ( həvalə-N.N.) etsək, onda bizim məktəbin talibati (tələbələri-N.N.) dərssiz qalacaqdır. Hacı Zeynalabdin Tağıyev”. AzerTaym.az
H.Z.Tağıyevin pedaqoji və əxlaqi fikirlərini 110 ildən sonra elmi ictimaiyyətə çatdırırıq.
Əməkdar müəllim,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, türkoloq
Məəhaza (bununla bərabər-N.N.) mən öz tərəfimdən belə məsləhət görürəm ki, yaxşı olardı ki, o müsəlmanlar ki, öz qız övladlarlnı ana dili və şəriət dərsi oxumağı xahiş edirlər, onlar gərək qabaqca qızlarını vereydilər Bakı Müsəlman Qız Məktəbinə, oranı ikmal edib (qurtarıb-N.N.) öz ana dili və şəriətə xəbərdar olandan sonra çox asanlıqla "Svyataya Nina Məktəbi"nin dördüncü qlasına (sinfinə-N.N.) imtahan verib daxil ola bilərdi.