Azərbaycan xaricə satdığı atların statistikası açıqlanıb.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İslahatlar, Kənd Ərazilərinin və Sahibkarlığın İnkişafı şöbəsinin müdiri Firdovsi Fikrətzadə unikal.org-a bildirib ki, 2016-cı ildə Azərbaycandan 1160 baş at ət kəsimi üçün müxtəlif ölkələrə satılıb.
O deyib ki, ət kəsimi üçün atlar Moldova, Qazaxıstan, Rusiya və Çinə satılıb.
Nazirlik rəsmisi həmçinin əlavə edib ki, Azərbaycan ötən il atçılıq kulubları tərəfindən 4 baş saqqalı at xaricdən gətirilib:
"Bununla belə ölkəmizə 10 ədad cins növü sayılmayan atlarda idxal edilib. Azərbaycan həmçinin xaricə 134 iri buynuzlu mal, 1010 baş qoyun və keçi ixrac edib”.