03.09.2014- “Drujba narodov” Elçinə də “ilişdi”
Modern.az xəbər verir ki, Moskvada nəşr olunan “Drujba narodov” jurnalının 7-ci sayı işıq üzü görüb. “Azərbaycan mövzusu”na həmişə həssas olan jurnalda sənətşünas-alim, teatr tənqidçisi Qalina Zaynulllinanın “Bəli, biz türkük! Biz teatralıq!” adlı məqaləsi dərc olunub. Məqalədə Tatarıstanda keçirilmiş teatr festivalında nümayiş edilən “Mahmud və Məryəm” dramı barədə də qeydlər var.
Xalq yazıçısı Elçinin qələmindən çıxan əsəri ilə bağlı qısa qeydlərdə yalnız bir tənqidçinin “Mahmud və Məryəm”i sıradan kənar olması, böyük mənəvi gərginlik tələb etdiyini vurğulaması söylənir. “Onun fikrincə, tamaşa bütün teatr qəliblərini silib-süpürüb, lirik və publisistik çalarlarla Şərq ədəbiyyatının ənənələrini tam mənada əks etdirib”.