Azərbaycanlı rejissor bilmədən narkotik qəbul etdi (FOTO)
Azərbaycanın ilk qorxu filmi-"Xənnas"ın resjissoru olan Elvin Abdullanın başına iş gəlib. GoldNews.az xəbər verir ki, resjissor özü də bilmədən tərkibində narkotik maddə olan şokolad yeyib. Belə ki, anasının Çexiya Respublikasından onun üçün hədiyyə gətirdiyi şokoladlardan yeyən rejissor halının dəyişdiyini bildirib. Şokolad bağlamasının üzərini oxuduqdan sonra hər şey ortaya çıxıb. "Anam Çexiyadan gəlib və bizə çoxlu şokolad da gətirib. Şokoladı ilk mən açdım və yeməyə başladım. Bir müddət sonra gördüm halım dəyişir. Sonra şokoladın "karobkasına" baxanda tərkibində marixuana olduğunu bildim".AzerTaym.az