“Sponsoru olan ÇOXDUR...”

“Sponsoru olan çoxdur...”

“İfaçılar çox, pulu olan çox, amma sənət yoxdur. Sponsoru olan çox, amma sənət yoxdur. Mən ona necə pula görə sevilən mahnılarımı verim. Alınmır. Ona görə də mahnı verəcəyim adamları seçirəm. Çalışdığım müğənnilər də göz qabağındadır”. 

AzerTaym.azxəbər verir ki, bu sözləri müğənni Ramal İsrafilov “Virtual həyat”  verilişinə qonaq olarkən deyib. 

İsrafilov tənbəl ifaçılar siyahısında olduğunu bildirib: 

Əvvəllər mənə o qədər tənbəl deyirdilər ki… Baxdım gördüm ki, elə düz deyirlər. Ancaq tənbəl sözünü yavaş-yavaş yığışdırmaq lazımdır. Pəhriz, sənət, irəli getmək, məni sevənləri sevindirmək lazımdır. Hər kəs öz işi üzərində ciddi, məsuliyyətlə işləsə, o zaman biz kimdəsə səbəb axtarmayacağıq. Mən də hansısa aranjımanım gecikəndə deyirəm ki, filankəs gecikdirdi. Hamımız öz işimiz üzərində məsuliyyətlə dayansaq, o zaman hər şey yaxşı olar”.






Fikirlər