FİRA EFİRDƏN UZAQLAŞDIRILDI
Aparıcı Firuzə Cəlilovanın verilişləri əlindən alınıb.
AzerTaym.az axşam.az-a istinadən xəbər verir ki, bir neçə ildir “Xəzər”də çalışan Fira kimi tanınan aparıcı artıq efirə çıxmır.
Bir müddətdir ki, onun verilişinin yerinə həftə sonları “O başdannan” yayımlanır. Proqramı Çiçək ləqəbli Şəhla Vakkas və aktyor Müşviq Şahverdiyev aparır.
Proqramı bağlansa da, F.Cəlilovaya yeni efir verilməyib. Hazırda o, fəaliyyətini yalnız “Xəzər” radioda davam etdirir.
Qeyd edək ki, Fira bundan əvvəl ATV-də çalışırdı.