“Biz boşanmanın tərəfində deyilik, amma ailədə nəsə normal getmirsə, problemi sivil şəkildə aydınlaşdırmaq lazımdır...”

Təməli normal olmayan hər bir şeyin yüksəldikcə, tənəzzülü daha yaxın və tez olur. Bu ailələrin də problemi odur ki, nəsil, kök, ağsaqqal və ağbirçəkləri bu ailədə problem olduğunu gördükləri halda hamısı birmənalı olaraq deyir ki, yolaverin getsin”
"AzerTaym.az" bildirir ki,bunu Moderator.az-a açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib. Psixoloq bildirib ki, ailələr ailədaxili münaqişəni vaxtında həll etməyəndə sonradan bədbəxt hadisə baş verir:
“Bu gün reallıq ondan ibarətdir ki, insanların əsəblərinin gərgin, daim stress altında olması maddi və ya mənəvi həyatlarının rahat durumda olmamaları onları gərginləşdirir buna öfkə kontrolu deyilir, hirsi idarə etməsi zəifləyir və aqressiya anında düzgün olmayan metodlarda istifadə edirlər. Bu birinci məsələdir. İkinci bir məsələ ondan ibarətdir ki, qətl, intihar və bu tip ölümlə nəticələnən hadisələrin çoxunda əvvəlcədən sakit, münqaşəsiz, normal ailə həyatında olan insanlar olmur. Məsələn, onların yaxınlarını danışdırarkən daim onların evində qısqanclıq zəminində davaların olduğunu, inam hissinin və arxayınlığın olmadığı deyilir. Təməli normal olmayan hər bir şeyin yüksəldikcə, tənəzzülü daha yaxın və tez olur. Bu ailələrin də problemi odur ki, nəsil, kök, ağsaqqal və ağbirçəkləri bu ailədə problem olduğunu gördükləri halda hamısı birmənalı olaraq deyir ki, yola verin getsin. Bu cür ailələrə psixoloqa getməyi də məsləhət görmək olmur, çünki onlar cavablarında bildirirlər ki, biz dəli deyilik psixoloqa gedək. Yəni onların psixoloq yanaşması bu cürdür. Amma problem valideynlərdə, asaqqalarda və böyüklərdədir. Onlar problemi həll etmək əvəzinə düşünür ki, uşaq olsun düzələr. Amma ailədə bir neçə uşaq olsa da problem düzəlmir və nəticədə bədbəxt hadisə baş verir. Ən birinci maariflənmədə bunu deməliyik ki,  biz boşanmanın tərəfində deyilik, amma əgər bir ailədə nəsə normal getmirsə, tərəflərdən biri və ya ikisi də ailə olmaq istəmirsə, problemi normal, sivil şəkildə aydınlaşdırmaq lazımdır”. 






Fikirlər