“Elşad Miri seyidləri şeytanla müqayisə edib“ - Komitədən açıqlama

 

“Elşad Miri seyidləri şeytanla müqayisə edib“ - Komitədən açıqlama

Dinşünas Elşad Mirinin "İslamda yoxdur" kitabinin idxalina izacə verilməməsi birmənalı qarşılanmayıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məsələyə aydınlıq gətirib.

Yenisabah.az xəbər verir ki, DQİDK-nin sədr müavini Gündüz İsmayılov təmsil etdiyi qurumun bu qərarını müəllifin sözügedən kitabda seyidləri təhqir etməsi ilə əlaqələndirib:

"Səbəb kitabda Elşad Mirinin seyidləri İblislə müqayisə etməsidir. Mən qanun və vicdanım qarşısında rahatam. Çunki əminəm ki, seyidi və ya başqa bir insanı iblislə müqayisə etmək həm qanun, həm də etik baximdan qəbul edilməzdir. Zatən, bu mövqeyi ölkə məhkəmələri də haqli sayib. Əgər Avropa məhkəməsi desə ki, yox, Elşad Miri düz edib seyidləri iblislə müqayisə edib, artiq buna deyəcək bir sözüm yoxdur. Uzaq başi Hüseyn Cavidin "İblis"ini tərcümə etdirib onlara göndərə bilərəm".

Gündüz İsmayılov bildirib ki, Elşad Mirinin iddialarina ciddi, onun səmimi olmadiği vaxtlarda bəzən yarizarafat, hətta ironiya və sarkazimla cavab vermişəm:

"Fikirləşmişəm ki, Elşad Miridir də, Elşad Miri belə olur. Cəmiyyətdə Elşad Miri kimisinin də olması lazımdır. Amma dünənki debatdan sonra çox təəcübləndim. Deyirdilər ki, Elşad Miri ərəb dilini bilmir, inanmırdım. Fikirləşirdim ki, onu sevməyənlər bunu deyə bilər. Necə ola bilər ki, ərəbcəni yaxşı bilmədən Elşad Miri Qurani-Kərimi tərcümə edir, hətta Vasim Məmmədəliyevin tərcüməsində səhv tutur? Amma yanılmışam. Elşad Miri dünən özü etiraf etdi ki, ərəbcə danışa bilmir və bunu heç vaxt gizlətməyib. Təsəvvür edin ki, ingilis dilini normal bilmədən Şekspiri tərcümə edirsiz. Dəhşətdir! Çox vaxt qınayırıq ki, bəzi mollalar ərəbcəni bilmir, Qurani necə gəldi oxuyurlar. Ərəbcə yaxşı danışa bilməyən, amma Quranı tərcümə edən dinşünas görəndən sonra mollaya nə deyəsən ki?! Mən demirəm ki, dinşünaslar ərəbcə bülbül kimi cəh-cəh vurmalidir, yox. Deyirəm ki, məhz Quranı tərcümə edən dinşünaslar həm ərəb dilini, həm də dini mükəmməl bilməlidir. Nə isə, Allah sizə rəhmət eləsin Vasim müəllim, nə yaxşi ki, Quranı vaxtinda tərcümə etmisiz!". 






Fikirlər