Nazpəri: "İlhamə yuxusunda görər ki..."
"Şərəf" və "Şöhrət" ordenli İlhamə Quliyeva və xalq artisti Nazpəri Dostaliyeva arasında küsülülük davam edir. Bir-biri ilə küsülü olan Xalq artistlərinin arasında olan söz-söhbət sonda məhkəmədə başa çatıb. Milli.Az bildirir ki, xalq artisti N. Dostaliyeva bu barədə big.az-a məlumat verib: "İlhamə hələ nə dövlət deyil, nə də ki, nazirlik. İlhamə dövlət deyil ki, hər hansı xalq artistinə qadağa qoydura bilsin". "Məhkəmə haqsız olaraq mənə 25 min manat cərimə kəsdi. Mən də az-az cəriməni ödədim. İlhamə demişdi ki, yetimlər, qaçqınlar gözləyir. Heç kimə bir qəpik də vermədi. İlhamənin sonu da bəllidir. Məni maraqlandırmır o indi hardadı, necədi. Demişdi Nazpəri məndən üzr istəyəcək. Amma İlhamə yuxusunda görər ki, Nazpəri ondan üzr istəsin", - o qeyd edib.