XALQ ARTİSTİ RÖYAYA qəzəbləndi: “BAŞI BOŞDUR” - QARŞIDURMA

Xalq artisti, tanınmış rejissor Ağakişi Kazımov qəzəblənib. Sənətkar son vaxtlar sənət adamlarının dedi-qodu etməsi və bir-birinin ünvanına nalayiq fikirlər səsləndirməsini pisləyib.

 

Əməkdar artist Röya Ayxanın Türkiyədə yaşayıb, fəaliyyət göstərən tanınmış aktrisa Məlahət Abbasova haqqında söylədiyi təhqiramiz ifadələr isə onu lap hiddətləndirib.

 

  

Publika.az-a açıqlama verən xalq artisti Röyanın aktrisa haqqında səsləndirdiyi fikirləri “məsuliyyətsizlik” adlandırıb:   

 

“Məlahət Abbasova çox istedadlı aktrisadır. Onun sənət fəaliyyətini yüksək qiymətləndirirəm. İstər Azərbaycanda olduğu müddətdə, istərsə də, Türkiyədə yaşadığı dönəmlərdə istedadı ilə diqqət çəkib, sevilib. Eyni zamanda, gözəl anadır, ailəsində sevilir. Bir dəfə televiziya proqramlarının birində qayınanası və həyat yoldaşının onun barəsində söylədiyi xoş sözləri eşitdim, bir azərbaycanlı qızı kimi ailədə qazandığı uğurlarına sevindim. Məlahətin sənət fəaliyyəti Azərbaycanda da yetərincə qiymətləndirilib. İki mahnı oxumaqla Məlahətin istedadını danmaq ağılsızlıqdır. Mən buna məsuliyyətsizlik deyərdim. O adamın başı boşdur ki, Məlahəti istedadsız aktrisa sayır. Bununla çox böyük səhvə yol verir. Məsləhət görərdim ki, sənət adamları başını aşağı salıb yaradıcılıq işləri ilə məşğul olsunlar. Onda belə dedi-qoduya da vaxt qalmaz”.

 

Xatırladaq ki, Röya tanınmış aktrisa ilə bağlı təhqiramiz ifadələr söyəlyib:

 

“50 ildir gedib Türkiyədə oturan biri olaraq hələ heç bir iş görməyib, “İnstagram”da haqqımda nələrsə yazıb. Əlində süpürgə tutmaqdan başqa heç nə görmədim. Sən özün kimsən, sənə nə hörmət qoydular ki, mənim adımı çəkirsən? Get süpürgəni al əlinə, yağış yağanda pəncərəni silərsən. Yaşca məndən böyükdür, ağıllı olsun. Türkiyədə tapmayım onu. Cavabını verməliydim, qarabağlıyam, yoxsa ürəyim partlayardı”






Fikirlər