Keçmiş DOSTLAR üz-üzə... POLEMİKA


Məlum olduğu kimi Elnur Astanbəyli AzNews.az saytına verdiyi son müsahibəsində yazıçı Şərif Ağayar haqqında sərt fikirlər səsləndirmişdi. 
Tanınmış yazıçı öz feysbok səhifəsində bu fikirlərə münasibət bildirib: 

“Elnur Astanbəyli müsahibəsində insanlığın ali dəyərləri haqqında haqlı olaraq deyir:
"Yalan danışmaq olmaz, riyakarlıq olmaz, oğurluq eləmək, harama əl uzatmaq olmaz, başqasının haqqını yemək, başqasının cibinə girmək olmaz... Bizim ölkə, xalq olaraq indi bunlara ehtiyacımız var!"

Daha sonra Kəramət Qəşəmoğlunun təhriki ilə məni sərt, eyni-zamanda qeyri-korrekt tənqidlərə məruz qoyur.

Tamam, bir para səhvlərim var, bunu etiraf etmişəm və edirəm. Arxasından qaçmıram. Amma nəticəyə baxaq. Bu gün mən
1. Yalan danışmıram və yazmıram
2. Riyakarlıq eləmirəm
3. Oğurluq eləmirəm
4. Harama əl uzatmıram
5. Başqasının haqqına girmirəm
Və sizə bunu bir daha bütün vicdanımla əmin edirəm.

Elnurla eyni düşüncəni bölüşmədiyim üçün məni hədəfə almaq, dönüb-dönüb köhnə, bu gün üçün heç bir əhəmiyyəti qalmayan palan içi tökmək nəyə xidmət edir?
Doğrudanmı Şərif Ağayardan küçələrə tökülüb və harda gəldi öz ağlınla təpikləməlisən?
Doğrudanmı Elnurun xəngəl süfrələrinin arxasında poz verdiyi dılğırlar dəstəsi qədər faydam yoxdu heç nəyə?

Müxalifətdəki məqdur durumdan yararlanıb haqlı görünmək avantajını cəmiyyətin tam korlaya bilmədiyi adamlara aqressiya şəklində yönəltmək olmaz. Mən siyasətlə məşğul deyiləm, amma oracan bilirəm ki, Elnurun yerinə olsam, Şərif Ağayarı itirməyə yox, qazanmağa çalışardım”.


Elnur Astanbəylinin “Şahvələd Çobanoğlu belə addım atsa, intihar edərəm” başlıqlı müsahibəsini BURADANoxuya bilərsiniz.






Fikirlər