Keçmiş NAZİR məmurları İTTİHAM ETDİ

eli-nagiyev

Əli Nağıyev: «İqtisadi qurumlara rəhbərlik edənlər vaxtında prezidentə hesabat təqdim edərək inandırmalı idilər ki…»

“Söhbət devalvasiyadan gedirsə, hesab edirəm ki, bu, qaçılmaz idi. Çünki neftin qiyməti təxminən 4 dəfə aşağı düşüb”. Bu sözləri keçmiş nazir, YAP-ın qurucularından olan Əli Nağıyev modern.az-a müsahibəsində bildirib.

Əli Nağıyev əlavə edib ki, devalvasiyanı yalnız neftin qiymətinin aşağı düşməsilə bağlamaq olmaz: “Bunu yalnız neft qiymətinin aşağı düşməsi ilə bağlamaq da olmaz. Burada hökmən əvvəlki illərdən bu günə qədər izafi xərcləri göz önünə gətirmək lazımdır. Bu izafi xərclər olmasa, devalvasiya yumşaq olardı və əhaliyə ziyanı az ola bilərdi.

Hesab edirəm ki, iqtisadi qurumlara rəhbərlik edənlər vaxtında prezidentə hesabat təqdim edərək inandırmalı idilər ki, vergi və gömrükdən mədaxili 5 milyard olan büdcənin xərcləri 24 milyard ola bilməz. Yəni büdcəni bu qədər şişirtmək lazım deyildi ki, indi birdən-birə 40 faizə qədər azaltmaq lazım gəlsin”.

Keçmiş nazir daha sonra bildirib: “Elə məsələlər var ki, onun haqqında izahat vermək lazım deyil. Onlara baxanda bunun arxasında nə qədər eybəcər əməllərin gizləndiyini görmək olar. MTN-nin binası Bakının ən yaraşıqlı, müasir tikililərindən biri idi. Onu yenidən üzləmək üçün nə qədər xərc çəkildiyini onun rəhbərindən, ona nəzarət edən qurumlardan vaxtında soruşmaq lazım idi. Bu cür xərclərin 100-nü saya bilərəm ki, hər birinin arxasında elə onun qədər dövlətdə uca mövqeyi olan adamlar durur”.

 






Fikirlər