Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Ayşad Məmmədovun taksi sürücüsü kimi fəaliyyət göstərməsi barədə xəbərlər yayılıb.
Publika.az-a açıqlama verən aktyor xəbəri təkzib edib:
"Mən aktyoram və əlimdən başqa iş gəlmir. Həyat yoldaşıma zəng vurub deyiblər ki, əriniz taksi sürücüsü kimi fəaliyyət göstərir? O da çaşıb qalıb. Görünür, kiminsə başı tərsinə işləyir və belə mənasız söz-söhbətlər yayır. Mən Eldar Quliyevin "İstanbul reysi" filmində taksi sürücüsü olmuşam. Bəlkə, həmin filmdən danışırlar, xəbərim yoxdur. Amma mən öz peşəmlə məşğulam".
Qeyd edək ki, səhnə fəaliyyətinə Gənclər Teatrında başlayan A.Məmmədov hazırda Akademik Milli Dram Teatrında fəaliyyət göstərir. O təkcə teatrda deyil, "Bəxt üzüyü", "Güllələnmə təxirə salınır", "Yalan", "İstanbul" reysi kimi filmlərdə də maraqlı obrazlar yaradıb. Aktyor daha cox "Bəxt üzüyü" filmində Hüseyn obrazı ilə sevilib.
****
Akademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artist Ayşad Məmmədov Bakıdakı taksi xidmətlərindən birində fəaliyyətə başlayıb.
Qaynarinfo.Az ölkə.az-a istinadən bildirir ki, aktyor bir neçə gündür, özünü taksi sürücüsü kimi sınayır.
Xatırladaq ki, A.Məmmədov geniş tamaşaçı kütləsinə Ramiz Əzizbəylinin rejissoru olduğu "Bəxt üzüyü" filmindəki Hüseyn obrazıyla tanınıb.