“Atasızlığımı hiss etməmişəm…” - İLQARƏ KAZIMOVA
Gənc müğənni İlqarə Kazımovanın “Qafqazinfo”ya müsahibəsi -Siz kiçik yaşlarından məşhursuz. Adətən tədbirlərdə sizi ananız Aygün Kazımovanın yanında görürdük. İndi isə çox passivsiniz. Biz hələdə İlqarə Kazımovanın bir mahnı və kliplə şou-biznesdə özünü təsdiqləyəcəyini gözləyirik. Belə bir fikriniz var? - Müəyyən mənada passivlik ola bilər. Amma elə il olmayıb ki, mən yeni mahnılar ifa etməyim. Hər il bir neçə yeni mahnı ifa etmişəm, klip çəkdirmişəm. Müxtəlif konsertlərdə çıxış etmişəm. Yəni, sənətimi dondurmamışam. Media nümayəndələri, jurnalistlər isə məni daima gündəmdə saxlayır. Çox sağolsunlar. Demək olar ki, hər həftə mənim haqqımda xəbərlər dərc edirlər. Bu səbəbdən fəaliyyətimdə elə də passivlik hiss etmirəm. “Onun yerini məndən başqa heç kəs tutua bilməz” - Sizin digər gənc sənətçilərdən şansınız daha böyükdür. Çünki, Aygün Kazımova adı sizin yanınızdadır. Əvvəllər Aygün xanım sizinlə bağlı açıqlamasında müğənni olmağınıza müsbət yanaşdığını deyirdi. Hətta hamı düşünürdü ki, Aygün yerini qızına verəcək. İndi nə dəyişdi? Ananız, yoxsa özünüz müğənni olmaq istəmirsiz? - Mən müğənniyəm. Müğənni olmaq və ya olmamaq mövzusu müzakirə predmeti ola bilməz. Əlbəttə, mənim üçün böyük şansdır ki, mənim anam Aygün Kazımovadır. Bəli, anam hər zaman deyir ki, yerini mənə verəcək. Mən də bilirəm ki, anamın yerini hazırki şou-biznesdə məndən başqa heç kəs tuta bilməz. Aygün Kazımova heç vaxt səhv proqnoz vermir.
“Nə yaxşı ki, gözəllikdə Aygün Kazımovaya bənzəmişəm” - Elə bu yaxınlarda sosial şəbəkədə bir foto paylaşdız. Aygün xanımın rəsmi səhifəsi də sözügedən fotonu yayımladı. Hər kəs sizin böyüdükcə divaya daha çox bənzədiyinizi söylədi. Aygün xanım həyatı ilə bağlı çox səmimi açıqlamalar verir, bu sənətdə çətinliklərinin olduğunu deyir. Bəlkə də, Aygün xanım bu çətinliklərə gördüyü üçün sizə də çox təkan vermir, istəyir ki, ancaq zahiri görünüşcə ona bənzəyəsiz, müğənni kimi yox... - Yox, bu düzgün fikir deyil. Anam hər zaman mənə dəstəkdir. Mən bunu hər zaman hiss etmişəm. Axı məndən başqa anamın kimi var? Və ya mənim ondan başqa kimim var? Anama bənzəməyimə gəlincə isə bu çox normaldır. Nə yaxşı ki, gözəllikdə anama bənzəmişəm. - Adətən dünyada ulduzlarla yanaşı onların övladları da gündəmdə olur. Hətta, şəxsi həyatlarında ulduz övladı olmaq müəyyən problemlər yaradır. Sizi media, ictimaiyyət tez-tez narahat edir? - Buna narahatlıq demək olmaz. İnsanlar sevgidən mənə yaxınlaşırlar. Onlar sadəcə şəkil çəkdirmək və ya xoş söz demək istəyir. Bundan necə narahat olmaq olar? Çalışıram hər kəsə xoş münasibət göstərim. Media isə məni qətiyyən narahat etmir. Çox sağolsun media nümayəndələri ki, məni daima gündəmdə saxlayır. - Bu narahatlıq şəxsi həyatınızda biruzə verir? Məsələn, sevgiliniz və ya dostlarınızla rahat gəzib əylənə bilirsiz? - Dostlarımla yığışanda adətən qapalı məkanlarla oluruq. Bu səbəbdən narahatlıq hiss etmirəm.
- Yeri gəlmişkən, həyatınızda biri var? - Yox, həyatımda heç kəs yoxdur. “Ailə quranda seçimi özüm edəcəm”. - Şou-biznesdə belə şeylərin şahidi oluruq ki, müğənnilər öz övladlarını sevgiylə deyil, öz istəklərinə uyğun şəkildə evləndirirlər. Seçimi siz edəcəksiz, yoxsa ananız? - Əgər ailəni mən quracağamsa, həmin şəxslə mən yaşayacağamsa, əlbəttə ki, seçimi də mən edəcəyəm. Anamın isə məsləhətinə qulaq asacağam. O, dünya görmüş insandır. Anam mənə heç vaxt pis məsləhət verməz. Bütün analar kimi, mənim də anam məni xoşbəxt görmək istəyər. “Atasızlığımı hiss etməmişəm…” - Bizdə belə olmasa da, dünyada boşanan ailələrdə cütlüklər arasıdna münasibət fərqli olur. Boşananlar təkcə valideynlər olur, övladlara təsir etmir. Bizdə isə çox vaxt övlad kimin yanında qalırsa, qarşı tərəfə soyuq davranır. Sizdə necədi?
- Aygün Kazımova həm mənim anam, həm də atam olub. O, məni tam olaraq sevgi ilə əhatə edib. Çətinlik çəkməmişəm. Bəlkə də elə ailələr var ki, ata və ananın olmasına baxmayaraq, övladları müəyyən sıxıntılar yaşayır. Amma mənim anam mənə bunu yaşatmayıb. Bəlkə də, ona çətin olub. Buna baxmayaraq, məni hər şeyin ən yaxşısı ilə təmin edib. Ona görə də atasızlığımı hiss etməmişəm. “Səhnədə dinlədim, göz yaşlarımı saxlaya bilmədim” - Atanızı bilmirik, ancaq Aygün xanımın ifa etdiyi “Qızım” mahnısı ilə sizə sevgisini etiraf edib. O mahnıda tək varlığının siz olduğu açıq-aşkar göstərilir. Hətta, indi də qulaq asanda göz yaşlarını saxlamayanlar da var. Sizdə necə? İlk dəfə bu mahnıya qulaq asanda nə hisslər yaşadız? - Bəli, çox gözəl vurğuladınız. İndi də bu mahnıya qulaq asan əksər insanın gözü dolur. Çünki mənim anam bu mahnını peşəkarcasına ifa edib. Bunu hər müğənni bacarmır. Mahnının sözlərinə və musiqisinə uyğun olaraq, onu ifa etmək və dinləyiciyə çatdırmaq lazımdır. Bu mahnını isə mən ilk dəfə anamın konsertində səhnədə dinləmişdim. Uşaq olmağıma baxmayaraq, göz yaşlarımı saxlaya bilmədim. Bu görüntülər də YouTube-da var. İndi də bu mahnını dinləyirəm. . P.S.Güya atan olsa nə olacaqdı.Sənin bu cür anan var tərbiyyə əxlaq hər şey yerindədi.Sənin kimi qız evladına ata ancaq əlinə ayagına dolaşar. Sən atanı hiss etməsən daha yaxşıdır.....