Dünya şöhrətli müğənni helikopter QƏZASINDA ÖLDÜ
Dünya şöhrətli musiqiçi Troy Gentri helikopter qəzasında həlak olub.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatında baş vermiş qəzada iki nəfər dünyasını dəyişib.
Onlardan birinin isə “Montgomery Gentry” musiqi qrupunun solisti Troy olduğu aydınlaşıb. Gentri konsert vermək üçün helikopterlə yola düşübmüş.