Elnarə əsəbləşdi: “AZƏRBAYCANLI olaraq ETİRAZ edirəm”
Müğənni Elnarə Xəlilova “Mega” Ticarət Mərkəzində yerləşdirilmiş zibil qutularının üzərinin Azərbaycanın dövlət bayrağının rənglərinə boyanmasına etiraz edib. Musavat.com xəbər verir ki, müğənni fikirlərini sosial şəbəkədə bölüşüb. Lakin onun etirazları birmənalı qarşılanmayıb. Sözügedən məsələyə haqq qazandıranlar da olub.Daha sonra müğənni ona irad bildirənlərə cavab verib: “Ay özünü məndən ağıllı hesab edənlər, sizdən fərqli olaraq mən həqiqətən araşdırıram və nə dediyimi çox gözəl bilirəm. Sizə həqiqətən gözünüz bağlı olduğu üçün yazığım gəlir. Ya da sizə bayrağınızın rənglərinin bütöv bir zibil qutuda olması xoşdur. Mənə isə xoş deyil. Və mən bir azərbaycanlı kimi buna etiraz edirəm. Bir halda ki, mənim ölkəmin bayrağının rəngləri ardıcıllıqla bütöv zibil qutusunu bəzəyir - mənim buna etiraz etmək halal haqqımdır! Və mən sizdən fərqli olaraq burada ağıl nümayiş etdirmirəm. Yeri gəlsə, məsələ qaldırılmalıdır və təcili surətdə Üçrəngli Bayrağımızda olduğu kimi rənglər ardıcıllığı bütöv zibil qutularındanyığışdırılmalıdır”. Musavat.com