İsveçrədəki döyüşçü - Qarabağda yalnız KASIBLAR VURUŞUR tezisi yanlışdır...

Rəhim Sulduzlu mənim kimi İsveçrədə yaşayır. Əslən cənubdandır. Qarabağ Savaşına qoşulmaq üçün 1990-ci illərdə İrandan Azərbaycana gəlib. Milli Ordu sıralarında vuruşub.

Müharibədən sonra Azərbaycan türklərinin milli haqlarını inkar edən, elə bu səbəbdən də nifrət etdiyi İrana bir daha dönməyib...

Bu günlərdə Qarabağda yenidən savaş başlayanda Rəhim bəy Bakıya tələsib. Bilet alıb. Ailəsi ilə halallaşıb ki, Qarabağda döyüşən oğullarımıza qoşulsun. Deyim ki, onun xanımı əslən Naxçıvanlıdır. Bir oğlu və bir qızı var...
Orasını da bilin ki, Rəhim bəy kifayət qədər varlı adamdır. Yəni, Qarabağda yalnız kasıblar vuruşur tezisi yanlışdır...
Nə yazıq ki, Rəhim bəy indi çox məyusdur. Qarabağda atəşkəs elan olunmasına çox üzülüb. Amma Bakıya səfəri qüvvədədir. Deyir ki, bəlkə mən gedənə döyüşlər yenidən başladı... 
 
Elbəyi Həsənli, İsveçrədə yaşayan tanınmış yazar






Fikirlər