ATƏT-in Minsk QRUPU Qarabağda atəşkəs qərarını alqışladı

ATƏT-in Minsk Qrupu tərəflərin Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə qərarını alqışlayır.

Virtualaz.org xəbər verir ki, bu barədə ATƏT-in bu gün yaydığı açıqlamada bildirilir.

Xatırladaq ki, bu gün Venada keçirilən xüsusi iclasda Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşik ATƏT üzvü olan 57 ölkənin nümayəndələrini Dağlıq Qarabağda baş verən son hadisələrlə bağlı məlumatlandırıblar.






Fikirlər