"Sponsorlar ancaq XANIMLARI dəstəkləyirlər"
“Şou-biznesin qalmaqallarından çəkinirəm. Primitiv səviyyədə, lazımsız söz-söhbətlər olur. Kimsə-kimdənsə küsür, arxasınca danışır”. Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Fərhad Bədəlbəyli “ATV maqazin onlarla”ya açıqlamaslnda deyib. Pianoçu sponsorların ancaq məşhur xanımlara dəstək olmasından şikayətlənib: “Nə qədər yüz minlik saat, 200-300 minlik maşınla reklam olmaq olar? Bunlar bir köpüklük deyil. Sponsorlar ancaq ucuzluq edirlər. Sponsorlar ancaq şou-biznesin gözəl xanımlarını dəstəkləyirlər. Bir rəssamı, sənətkarı dəstəkləmək mədəniyyəti bizdə yoxdur”. AzerTaym.az