Azər Axşam qadınların yaşını gizlətməsinin SƏBƏBİNİ AÇDI: “Məni qorxuya salır” - MÜSAHİBƏ
Tanınmış aparıcı və aktyor Azər Axşam Publika.az-ın "Üç nöqtə" layihəsində yarımçıq qalan sualları tamamlayıb. Məşhurun cavablarını təqdim edirik: - Dünyanı dəyişmək imkanım olsaydı... - Məni narahat edən bir çox məsələləri var, təəssüf ki, onları dəyişdirmək mümkün deyil. Amma özümü dəyişdirməzdim. - İndiki ağlım olsaydı... - Doğulmazdım. - Kişilər o qadınlara xəyanət etmir ki... - Yəqin ki, onları sevən qadınlara. - Seviləsi qadın olmağın ilkin şərti... - Hesab edirəm ki, kişinin sözündən çıxmayan xanımlar hər zaman sevilir. - Qadınlar yaşını ona görə gizlədir ki... - Kişilərdən cavan görünmək üçün gizlədirlər (gülür). - Qadına qarşı şiddət... - Belə xəbərlər eşidəndə təbii ki, məyus oluram. Şiddəti nəinki xanımlar, heç kişilər də sevmir. Ümumiyyətlə, insana yaraşan hərəkət deyil. - Təəssüf edirəm ki... - Qoy, bu bənd cavabsız qalsın, çünki kimlərsə səhv başa düşər, xoşagəlməz söz-söhbətlərə səbəb ola bilər. - Vanqa nənə ilə görüşsəydim... - Özüm haqqında heç nə soruşmazdım. Gələcəyi öyrənməyi sevmirəm. - Küsülü olduğum insana demək istəyirəm ki… - Küsülü olduğum insan yoxdur. - Tənhalıq insan üçün lənətdir, yoxsa... - Tənhalıq lənət deyil, həm də baxır kimin üçün. Bəzən çoxluq insan üçün lənət olur. - Kiminsə yalan danışdığını hiss edəndə... - Həmin adama deyirəm ki, mən də belə yalan danışıram. - Allah insanları ona görə qeyri-bərabər yaradıb ki... - Bütün bərabərliklər yalnız Allaha məxsusdur. Bərabərsizlik ona görə var ki, biz kiməsə baxıb şükür edək və öz səhvlərimizi düzəldə bilək. - Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə... - Dünya dağılacaq. - Günahlarım yadıma düşəndə... - Bu barədə tez-tez fikirləşirəm və axirət məni qorxuya salır. - Övladlarıma ən çox onu məsləhət görürəm ki… - Ən pisiniz elə mənim kimi olun. - İlahi ədalətə inancımı o zaman itirdim ki… - Heç zaman itirməmişəm. İlahi ədalət var, olub və olacaq. Çünki dünya elə onun üzərində qurulub. - Heç vaxt heç kimə icazə vermirəm ki... - İnsanlara icazə vermirəm ki, sadəliyimi sadəlövhlüklə səhv salsınlar. - O zaman düşünmədən riskə gedirəm ki... - Düşünmədən addım atmıram, verdiyim qərarları yüz ölçüb bir biçirəm. - Hər dəfə çıxılmaz vəziyyətə düşəndə... - Hamı kimi, Allaha sığınaraq vəziyyətdən çıxaram. - Yaxşı gündə, pis gündə... - Ümidimi itirmirəm. - Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik. - Minnətdaram.