Baş redaktorun tələbə qızı: “Ən böyük arzum ata-baba yurdumuzu görməkdir” - MÜSAHİBƏ
Bu il keçirilmiş qəbul imtahanlarında tələbə adını qazananlar arasında xeyli jurnalist övladı da var. Kimisi yerli, kimisi də xarici universitetlərin tələbəsi olmaq şansını qazanıb. Modern.az saytı ali məktəblərə qəbul olunmuş jurnalist övladları ilə müsahibələrə davam edir. Budəfəki həmsöhbətimiz “Region Plus” jurnalının baş redaktoru Namiq Mayılovun qızı Fidan Mayılova oldu. Fidan Mayılova 2002 ci il may ayının 24-ü Bakıda anadan olub. Birinci sinfə 2008-ci ildə Xırdalan şəhərində yerləşən 20 nömrəli Kəlbəcər tam orta məktəbində gedib, 2019-cu ildə həmin məktəbin məzunu olub. O, bu il Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Türk dünyası iqtisad fakültəsu”nin “Biznesin idarəedilməsi” ixtisasına qəbul olunub. - Fidan, adətən iqtisadçı olmağa daha çox oğlanlar maraq göstərir, səndə bu istək hardan yarandı? - Düşünürəm ki, ixtisas seçməyin cinsə heç bir adiyyatı yoxdur. Əgər sən özünü o sahədə görürsənsə, hədəf seçmisənsə, niyə də istəməyəsən ki?.. Mənə görə əsl peşəkar özünü sevərək seçdiyi ixtisasda təsdiq edəndir. Baxmayaraq ki, atam jurnalist, anam isə müəllimədir, nədənsə turizmə marağım daha çox olub. Düzdür, yazı yazmaq bacarığım olsa da, nədənsə biznes sahəsi həmişə diqqətimi çəkib. İstərdim ki, gələcəkdə turizm sahəsində öz işimi qurum. Lakin atamla məsləhətləşdim və belə qərara gəldik ki, ali təhsilimi sırf turizmlə məhdudlaşdırmayım, biznesin idarəedilməsi ixtisasını seçim. Məncə bu ixtisas daha təlabatlıdır. Aktiv bir iş tələb edir, oturaq şəraitdə işləmirsən. Ən kiçik məqsədim hələ ki imtahanları kəsirsiz yekunlaşdırmaqdır. Ən böyük məqsədlər isə hədəfə çatdığın zaman daha da böyüməyidir. İstəyirəm ki, universiteti bitirəndən sonra arzuladığım məqsədləri bir-bir həyata keçirim. Mən məqsədyönlü olmağa çalışıram, bir məqsədi qarşıma qoydumsa, yol çətin olsa da, onun axırına kimi getməliyəm. - Əlbəttə, yararlanmağı düşünürəm. Mən bu fakültəni seçməklə həm öz universitetimizin, həm də Türkiyənin bir universitetinin diplomunu alacam. Özəllik ondadır ki, həm də yuxarı kurslardan, deyəsən ən aşağı ikinci kursdan başlayır, həm də magistratura təhsili almaq üçün rahat bir şəkildə Türkiyəyə gedib orda oxumağa davam edə bilərik. Məsələn, tədrisi ingilis dilində aparılan fakültənin tələbələri Avropa təhsilini istəyirlərsə, rahat şəkildə getmək imkanı qazanırlar. Ancaq biz türk fakültəsini seçdiyimizə görə Türkiyənin istənilən bir universitetində təhsil alıb, ikinci diplomu qazana bilərik. Bu diplomun bir müsbət özəlliyi də var ki, Türkiyədə rahat şəkildə işləmək şansımız da olur. Mən öz ixtisasım üzrə magistratura təhsilini məhz Türkiyədə almağı düşünürəm. - Qəbul imtahanlarında 700 bal yığmağı savad göstəricisi hesab edirsənmi? - Məncə bunu hər kəsə aid etmək olmaz. Bu məsələdə bir az da şans öz işini görür. Çünki elə tələbə var ki, o nəticəni göstərə bilməsə də, 700 bal toplayandan qat-qat güclüdür. Həm də düşünürəm ki, 700 balı yığan tələbənin göz yaddaşı daha güclü olur. Ancaq bunu bimənalı şəkildə hər kəsə də aid etmək olmur. Fitri istedadlı tələbələr daha çoxdur. Həm yüksək göstərici əldə edirlər, həm də reallıqda bilik göstəriciləri ilə yığdığı balı təsdiqləmiş olurlar. - Hələ ki verir. Ən əsası da müəllimlərimiz cavan kadrlar olduğundan tələbəni o qədər də incitmirlər. Hər birimizə anlayış göstərirlər. Təhsilə gəlincə isə fikirləşirəm ki, bu ixtisası seçmişəmsə, dərs yükü nə qədər ağır olursa olsun oxumalıyam. Çünki bu ixtisas üzrə də öz karyeramı qurmağı qarşıma ən böyük məqsəd olaraq qoymuşam. Bizim fakültədə dərslər türk dilində aparılır. Türk dili bizim dilə yaxın olsa da, nəzəri cəhətdən çətinlikləri də var. Bəlkə də qıraqdan baxan üçün bu dil asan gələ bilər. Ancaq onu demək istəyirəm ki, bizim fakültə “Türk dünyası iqtisad fakültəsi” olduğundan, gərək türk dilini mükəmməl biləsən ki, ordakı terminləri də başa düşəsən. Bu dili də özüm sevərək seçmişəm. Məqsədim türk dilində olan hər bir iqtisadi termini mükəmməl şəkildə öyrənməkdir. Dərslərimiz də çox interaktiv şəkildə keçirilir. Bəzi tələbələrə dərs rejimi ağır gəlir, ancaq bizim fakültənin tələbələri debatlar, diskussiyalar təşkil etdiklərinə görə, dərs prosesi maraqlı keçir. Düşünürəm ki, orta məktəbdən qat-qat rahatdır və o dərəcə də ağır deyil. Ən azından stres və gərginliyimiz olmur, orta məktəbdə isə beynimiz bir çox fənlərlə yüklü olurdu. Ancaq universitetdə fikrimiz yalnız öz ixtisasımıza cəmlənir. Universitetdə tez-tez həm elmi, həm də ictimai tədbirlər keçirilir. Bu tədbirlərdə iştirak edirik, əyləncə xarakterli tədbirləri nəinki mən, düşünürəm hər bir tələbə daha çox sevir. - Təhsildən başqa, nələri bacarırsan? Uğurların olubmu? - Uğurum əsasən orta məktəbdə olub. Doqquzuncu sinfi fərqlənmə attestatıyla bitirmişəm. Ümumilikdə orta məktəbi əlaçı bir şagird kimi başa vurmuşam. İnşa müsabiqələrinə qatılaraq, respublika üzrə üçüncü yerə layiq görülmüşəm. Xocalı faciəsi və Aşıq Şəmşirlə bağlı inşalarda da uğur əldə edib, hədiyyə kimi kitab qazanmışam. Mənə elə gəlir ki, hər bir şagird üçün ən gözəl hədiyyə ona verilən kitabdır. Bilik olimpiadalarında da özümü sınamışam, ancaq 5 faizlik nəticəm çatmayıb ki, birincilik əldə edim. Xüsusi bir bacarığım yoxdur. Ancaq rəsm çəkməyi çox sevirəm. Hətta çəkdiyim rəsmlər sərgiyə də göndərilib. Əsasən sərbəst mövzularda çəkirəm. Uşaq vaxtı üzgüçülüyə getmişəm və üzməyi də bacarıram. Ancaq ev işləri görməyi heç xoşlamıram. Ən böyük arzum isə odur ki, hansı sahədə çalışırsa çalışsın, ölkəmiz üçün faydalı bir insan olsunlar. Xaricdə mən azərbaycanlıyam deyəndə, o ada ləkə yox, şərəf gətirsinlər. Bu adı doğrultmağı bacarsınlar. Milli dəyərlərimizə, kökümüzə sadiq olsunlar.
- Bildiyimiz qədər UNEC-də mübadilə və ikili diplom proqramı aparılır. Sən necə, bu proqramlardan yararlanmağı düşünürsənmi?
- Bir aydan artıqdır dərslər başlayıb. Universitet gözləntilərinə cavab verə bilirmi?
- Hanısa bir xüsusi bir arzun varmı?
- Bir dəfə ailəmizlə Gürcüstana istirahətə getmişdik. Oranın təbiətini, turistik bölgələrini görüb bir şey arzuladım. Arzuladım ki, torpaqlarımız işğaldan geri alınsın, Laçına gedib orda heç kəsin görmədiyi bir turizm obyekti yaradım. Elə bir turizm obyekti olsun ki, hər kəs Laçındakı o məkandan danışsın. Bir arzum da Maralgöldən Kəlbəcərə rahat kanat yolu çəkməkdir. Mən Qarabağda olmasam da, atamın danışıqlarından, foto və videokadrlarda gördüklərimdən oraları təsəvvür edirəm. Ən böyük arzum isə ata-baba yurdumuzu görməkdir.
Sonda Namiq Mayılov da qızı Fidana öz arzularını bildirib:
- Əslində övladlarımla bağlı arzularım çox böyükdür. Bu arzuların həyat keçməsi üçün indiyə kimi əlimdən nə gəlirsə, bacardığım nə varsa, etmişəm.