"Xalqın pullarını HAVAYA ATMAQ OLMAZ" (VİDEO)
(Vahid Mustafa Yev bu həftə "Hesabat"ın qonağı olub.
- Vahid müəllim, təbrik edirəm, Tallindən növbəti festivaldan uğurla qayıtdınız!
- Bu səpkidən çıxış edərək bütün Azərbaycan xalqını təbrik edirəm! Bu, doğurdan da, bizim Azərbaycanımızın film istehsalı nöqteyi-nəzərindən böyük bir qələbəsidir. Bir də ki, bütün dünyaya Azərbaycan həqiqətlərini, tarixini, mədəniyyətini təbliğ etmək üçün çox böyük bir işdir. Bu dəfə “Xoca” filmindən fərqli olaraq biz artıq “Qanlı Yanvar” filmini bir növ təqdim etmə sistemini daha peşəkarcasına qurduq. Ümumiyyətlə hansısa, bir nömrəli festivalları seçmədik, sadəcə olaraq coğrafi nöqteyi-nəzərindən çalışdıq ki, bütün planetimizi əhatə edək. Sözsüz ki, seçdiyimiz festivalların hamısı A katiqoriyasına aid, ən yüksək katiqoriyalı festivallar idi. Artıq biz Şimali Amerika, Çənubi Amerika və Avropanı keçdik. Şimali Amerikada ən böyük film festivalı Monreal beynəlxalq film festivalı sayılır, Cənubi Amerikada San-Paulo festivalı. Avropada isə "Black Night”da - Tallində baş tutan film festivalında iştirak etdik. Hər bir festivalda “Qanlı Yanvar” filmi mükafat aldı. Inşallah, “Qanlı Yanvar” filmi 25 noyabrda Hindistanın Qoa kinofestivalında, yəni Asiyanın ən böyük kinofestivalında da iştirak edəcək.
- Azərbaycanın böyük kinorejissoru Eldar Quliyev deyir ki, filmlərin festivallarda nümayiş olunması təbiidir. Hər bir rejissor filmini çıxarır, layiq bildikləri halda göstərilir. Vahidin filmlərinin festivallarda nümayişinin bir özəl cəhəti var ki, Vahidin filmləri festivalda təkcə Azərbaycan filmini nümayişi elətdirmir, Azərbaycan kinosunu nümayiş elətdirmir, eyni zamanda Azərbaycanın tarixini nümayiş elətdirir. Və bir güllə ilə iki dovşan vurulur.
- Mən çox fəxr edirəm ki, mən azərbaycanlıyam. Bizim çox dərin kinomotoqrafiya ənənələrimiz var. İlk filmimiz 1898-ci ildə çəkilib. Və biz bu filmlə fəxr edə bilərik. Bugünkü bizim gözəl rejissorlarımız, sözsüz ki, başda bizim ağsaqqalımız Eldar Quliyev olmaq şərtiylə, bunlar hamısı gələcək nəsli sövq edir ki, işləsin, bu sahədə yaratsın və Azərbaycanın həqiqətlərini, Azərbaycanın mesajlarını film nöqteyi-nəzərindən daha asan anlaşılan tərzdə dünya ictimaiyyətinə çatdırsın. Xocalı həqiqətlərini beynəlxalq arenada insanların diqqətinə çatdırmaq nə qədər bizə çətin idi?! Nəyə? Ona görə ki, kəsilmiş skalplar, döşlər, tanınmaz hala salınmış uşaqlar, güllələnmiş balalarımız - bunlara baxmaq mümkün deyil. Hesab edirm ki, siz özünüz belə öz uşağınıza rəva bilməzsiniz bu cür dəhşətli kadrlara baxsın. Amma bədii film şəklində, bir məhəbbət nağılı nöqteyi-nəzərindən bunu siz təqdim edəndə və o məhəbbət nağılının arxa planı olaraq bizim Azərbaycanın çəkdiyi əzabı göstəriləndə bu, sözsüz ki, qavranılır. Bir çoxları, məsələn, Estoniya parlamentinin bir üzvü mənə dedi ki, çox təssüf olsun ki, bizim müstəqillik yolumuz və mübarizəmiz sizinki tək olmayıb. Ən azı dastanlar yaza bilmərik. O müstəqilliyi bizə sadəcə olaraq bağışladılar. Siz isə görün, necə vuruşmusunuz, mən fəxr edirəm ki, Azərbaycan kimi ölkənin nümayəndəsi Estoniyadadır. Sözsüz ki, mən də yerə-göyə sığmırdım, fəxr edirdim ki, doğurdan da Azərbaycan kinosu öz vəzifəsini layiqincə həyata keçirir və Azərbaycan kinosu iri addımlarla bütün dünyanı gəzir.
– Vahid müəllim, təbii ki, dövləti, ölkəni və milləti tanıtmağın iki yolu var. Bir var, kənardan ölkəyə dəvət edirsən, baxırlar, tanıyırlar, bəyənirlər, yaxud bəyənməyib gedirlər. Bir də var ki, ölkəni götürüb aparırsan. Ölkəni də bu yolla aparmaq olar. Və bu yolla da aparırsız. Dövlət bizim bu təbriklərimizə müştərək olmaqdan ötrü neynəməli idi və bu səmimi müştərəklik, yəni Azərbaycan rəsmi strukturları da əllərini ürəklərinin üstünə qoyub deyə bilərdilər ki, bəli “Qanlı Yanvar”ın yüksək səviyyədə milləti təmsil etməsində bizim də rolumuz var. Belə bir söz deyilməsindən ötrü hər şey elədilərmi?
– Belə bilirəm ki, bu məsələyə biz iki aspektdən yanaşsaq daha düzğün olar. Birncisi, istehsalat, ondan sonrakı isə təqdimat dövrü. İstehsalat dövründə cənab prezident bizə çox böyük dəstək verdi. Bütün hərbi texnikalar Müdafiə Nazirliyi tərəfindən çox rahatlıqla bizə təqdim olundu. Və lazım olan qədər biz ondan istifadə etdik. Əsasən biz filmin yayımı ilə xarici dövlətlərdə məşğul oluruq. Bununla əsasən bizim səfirliklərimiz məşğul olmalıdır. Moneral Beynəlxalq Film Festivalı zaman Azərbaycanın səfirliyi öz işlərini təxirə salaraq maşınla Monerala gəldi. Moneralda bizə hər çür dəstək göstərdilər. Mən belə bir şey görməmişdim. Səfir başda olmaqla bizim komandamızın üzvü tək bütün əməkdaşları bu işlə məşğul olurdular və bizə çox böyük dəstək verdilər. Belə tədbirlərdə ən vacib məsələlərdən biri odur ki, məhz müxtəlif ölkələrin ziyalıları bu filmə baxmağa, qiymət verməyə gəlirlər. Və onların qabağına sözsüz ki, rejissordan, eləcə də filmin istehsalı ilə məşğul olan insanlardan başqa ev sahibi çıxmalıdır. Yəni müstəqil Azərbaycanın bir rəsmi nümayəndəsi ortaya çıxmalıdır. O çıxanda insanlar ona da yaxınlaşaraq öz suallarını veririlər ki, bəs siz müstəqillik qazandınız, indi nə qədər xoşbəxtsiniz, nə qədər razısınız. Və onlar da öz növbəsində artıq dövlətçilik nöqteyi-nəzərindən təbliğat aparmalıdırlar. Azərbaycan dövlətinin bugünkü inkişafı haqqında danışmalıdırlar. Bir var bu barədə dövlət inistitutları danışa, bir də var ki, bu barədə rejissor danışa. Hansı ki, rejissor bu barədə danışmamalıdır. Rejissor öz filmi haqqında danışmalıdır - çəkdiyi tarixi proses haqqında. Amma dövlətin bu günlər çiçəklənməsi, iqtisadi inkişafı və s. bu da bir tribunadır. Hesab edirəm ki, bundan istifadə etmək lazımdır. Çox böyük məharətlə bundan bizim həm Kanadadakı, həm də San-Paulodakı səfirliklərimiz istifadə etdi. Ançaq təssüf olsun ki, Tallində belə bir şey olmadı. Ümumiyyətlə, biz orda səfirliyimizin nümayəndələrini görmədik. Lakin filmin nümayişi zamanı ora iki cavan qız gəldi və özlərini səfirliyin əməkdaşları kimi təqdim etdilər. Mənlə salamlaşan zamanı birinci sözləri o oldu ki, bizə tez bilet verin, vaxtımız da yoxdur getməliyik. Çox bəsit, səviyyəsiz bir hadisə baş verdi. İstəməzdim ki, belə bir şey olsun. Orada həm Estoniyanın, həm də Avropa Parlamentinin üzvləri vardı. Onların hamısı maraqlı idi ki, dövlət nümayəndələri ilə görüşsünlər və onlardan da Azərbaycanın bu günü ilə əlaqədar – iqtisadi, mədəni inkişafı, multikulturalizm nöqteyi–nəzərindən sadəcə olaraq bilklərə malik olmaq istəyirdilər. Amma çox təssüf olsun ki, bu adamlar qaçdılar. Baxmayaraq ki, mən onlardan xahiş etdim ki, müsahibələr verin. Dedilər ki, xeyr, bizə müsahibə verməyə icazə verilmir.
- Bu boşluqları yalnız Heydər Əliyev Fondu və ya Heydər Əliyev Fondunun digər təmsilçiləri doldurmalı deyil, dövlət də burda iştirak etməlidir.
- Təbliğat bir mənalı olaraq monoqram deyil, poliqram bir şeydir. Məsələn, Heydər Əliyev Fondunun bu sahədə bugünkü işləri çox təqdirəlayiqdir. Leyla xanımın başçılıq etdiyi “Xocalıya ədalət” kampaniyası bütün dünyada Xocalı haqqında həqiqətləri hamıya çatdırır. Dünyada, Avropada və digər ölkələrdə keçirilən tədbirlər yenə də Azərbaycanı bütün dünya ziyalılarına, ictimaiyyətinə təqdim edir. Lakin bu bir permanent hadisələrdir. Yəni daim baş verən hadisələr deyil. Sözsüz ki, bizim daimi nümayəndələrimiz digər ölkələrdə fəaliyyət göstərən səfirliklərdir. Və bu səfirliklər faydalı işləmələridir. Leyla xanımın, digər vətənpərvər adamların kampaniyaları arasında, sözsüz ki, səfirliklər öz fəaliyyəti ilə bu boşluqları doldurmalıdırlar ki, bu kampaniyanın bir növ davamı olsun.
– Mənə elə gəlir ki, biz necə döyüldüyümüzü yaxşı təbliğ edirik. Amma necə döydüyümüzü yox. Məsələn, mən bilirəm ki, Şuşanın işğalı ərəfəsində Azərbaycan öz səfirlikləri səviyyəsində, Azərbaycanın xarici siyasəti səviyyəsində dünyanın müxtəlif ölkələrində müxtəlif mərasimlər, hətta bir dəqiqəlik sükutla başlayan tədbirlər keçirir.
– İş orasındadır ki, Azərbaycan olaraq biz bu dünyada tək deyilik. Bu dünyada bizim dostlarımız da var və onlar çoxluq təşkil edir. Eyni zamanda düşmənlərimiz də var, onlar azlıq təşkil etsə belə. Bu sizin dediyiniz kimi, hansısa tarixi günlərdə bizim səfirliklərimiz tərəfindən mərasimlərə keçirilir. Sözsüz ki, əks tərəf də hazırlaşır. Onlar çox gözəl bilirlər ki, bu günləri Azərbaycanın matəm günüdür və bu günləri bütün səfirliklərdə belə bir aksiyalar keçiriləcək. Ona görə də onlar həmən günə özlərinin bir aksiyaların, kampaniyalarını salırlar və bizim aksiyalarımızı, kampaniyalarımızı sıfıra endirirlər. Bir növ hərb elmi kimidir - düşmənə zərbəni onun gözləmədiyi an endirmək lazımdır. Əgər o zərbəni gözləyirsə, məhz bizim vurmaq istədiyimiz zərbə daha zəif olacaq.
Bu nöqteyi-nəzərdən, sözsüz ki, azərbaycançılığın təbliğatı daimi proses olmalıdır. Planlaşdırılmış şəkildə tətbiq olunmalıdır və ən əsası nəzarət olumalıdır. Məsələn, Türkiyədə “Xoca” filmini təbliğ edəndə bizlə birlikdə bir başqa cəmiyyət də bu işi görürdü. Sadəcə olaraq Xocalı sözünü plakatlarda X hərfi ilə yazmışdılar. Biz bunu kimin etdiyini tapa bilmədik. Onu türklər oxuya bilmirdilər. Çünki onlarda X hərfi yoxdur. İngilislər isə X hərfini iks Xocalı oxuyurdular. Onlar belə oxuyanda söhbətin nədən getdiyini başa düşmürdülər. Orda harasa dəvət vardı, orda da ünvan yazılmamışdı. Belə naşı münasibəti, naşı yanaşmanı - sadəcə olaraq mən pulların havaya atılması kimi başa düşürəm. Bu pullar xalqın pullarıdır. Onları daha səmərəli bir şəkildə istifadə etmək olar. Düşmənə daha güclü zərbə endirmək üçün sərf etmək olar. Bu nöqteyi-nəzərdən düşünürəm ki, burda da bir balaca boşluq var. Bu işlər hamısı bir sistem şəklində olmalıdır. Və bu sistem öz növbəsində maşın kimi işləyib hərəkətə salmalıdır. Təssüflər olsun ki, bir çox ölkələrdə diaspora ilə Azərbaycanı xarici ölkələrədə təmsil edən səfirliklər arasında çox böyük bir uçurum, ixtilaflar var. Belə ki, Estoniyada fəaliyyət göstərən Azərbaycan səfirliyi ilə diaspora arasında münasibətlər həddən ziyadə pisdir. Estoniyada yaşayan diasporanın üzvləri Azərbaycana gəlmək üçün səfirlikdə uzun-uzadı gözləməli olurlar ki, viza alasınlar. Bu isə düzgün bir hal deyil. Hətta orda danışırdılar ki, bu məsələlərin bir çoxu rüşvətlə həll olunur. Bu yaraşan bir iş deyil. Biz çalışırıq ki, turistləri Azərbycan cəlb edək. Təbii ki, belə bir vəziyyətdə bir kimsə bura gəlmək istəməyəcək. Orda estonları Bakıya dəvət etdim. Onların nəzərinə çatdırdım ki, siz Bakıya gəlin baxın, görün, Bakı necə inkişaf edib. Estoniya Bakının Əhmədlisi kimi belə inkişaf etməyib. Bizdən çox geridə qalmış bir ölkədir. Amma bunu başa düşmək üçün, özlərini Avropa ambisiyasından geri çəkilmək üçün gəlib Azərbaycanı görməlidirlər. Onların Azərbaycana gəlmələri üçün səfirlik imkan yaratmalıdır. Çox təssüflər olsun ki, hansısa xırda, yəni anlaşılamayan bir səviyyədə problemlər üzündən bunlar baş vermir. İnsanlar bura gəlmir. Gələnlərin sayı isə çox azdır. Bizim necə gözəl şəhərlərimiz var. Dərin mədəniyyətimizi göstərə biləcəyimiz çox dəyərli abidələr var. Amma şəxsən məni turistlərin sayı qane etmir. Məhz bu Mədəniyyət və Turizm Nazirliyinin səhvi deyil, bu eyni zamanda Xarici İşlər Nazirliyinin də səhvidir. Bu eləcə də digər strukturların səhvidir. Məsələn, mən bilirəm ki, maşınla Azərbaycana daxil olmaq mümküm deyil. Azərbaycanın keçmiş qanunlarına görə, sərhəddə mütləq bir şəkildə o maşının depozitini verməlisiniz. Yəni gömrükdə maşının qiyməti qədər pul yatırmalısınız. Və ondan sonra maşın sərhəddi keçə bilər. Niyə? Ona görə ki, bu adam maşını içəridə satmasın. Bu çox gülüncdür. Sovet vaxtından qalan qanunlardır, bunlar ləğv edilməlidir. Dünyanın heç bir yerində belə bir şey yoxdur.
- Vahid müəllim, müsahibəyə görə sizə təşəkkür edirəm.
- Çox sağ olun. (Azərtaym.az)