Səməd Seyidov - ELXAN Şahinoğlu qovğası böyüyür

Səməd Seyidov - Elxan Şahinoğlu qovğası böyüyür

Deputat politoloqa rusca şeir həsr etdi, cavab gecikmədi; Elxan Şahinoğlu: “Bu şeirlə tək mən yox, bütün xalqımız təhqir olunub...”

 

Politoloq Elxan Şahinoğlu ilə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov arasında günlərdir davam edən söz savaşı getdikcə artmaqdadır. Mətbuat səhifələrində hər iki tərəf bir-birinin ünvanına sərt tənqidlər səsləndirməkdədirlər. 
Politoloqun Seyidovun ermənipərəst deputat Rene Rukanın dəvəti ilə Fransaya səfər etməsini tənqid edən statusu ilə başlayan narazılığa əvvəlcə AŞ PA-dakı nümayəndə heyətimizin rəhbəri açıqlama şəklində münasibət bildirsə də, sonradan əks tərəfin növbəti reaksiyasına haqqın.az-da rus dilində yazdığı şeirlə cavab verib. Deputatın bu cavabı qarşıdurmanı daha da dərinləşdirib.
Müəllif hüquqlarını nəzərə alaraq, S.Seyidovun şeirini elə rus dilində də olduğu kimi təqdim edirik:
Priznaösğ, pustğ menə osudət, no çastğ vraqov moey stranı 
Vesğma vliətelğnıe lödi, kotorım vtorət iz tolpı Tak estğ vo Franüii politik, veduhiy gkspert - deputat 
Serğeznıy kritik, no pri tom na ix, uvı, armənskiy lad 
İ gtot proarmənskiy parenğ reşil v parlamente sobratğ Evropı pervıx liü i kamenğ 
Ot ix liüa k nam v sad poslatğ 
Estestvenno, menə v sobranie on zvatğ ne dumal, no jitğё 
Emu podportil ə jelaniem tam utverditğ i naşe bıtie 
Ə prav v itoqe okazalsə, i tot, kto vzdumal nas ruqatğ
Menə posluşav, otkazalsə v polemiku so mnoy vstupatğ 
No vse j menə jdala rasplata 
Net, ne Ruke povinen v tom - 
Bezqramotnostğ v tom vinovata 
Moix soqrajdan, ix idey
İ ə çitaö v presse frazu: 
çto, mol, zaçem v Parije ə 
Çto ə franüuzskuö zarazu poslatğ obəzan bez nıtğə! 
Moy bednıy druq, uçisğ prilejno i pomni istinu odnu: 
Nelğzə s vraqami bıtğ nebrejnım İnaçe tı poydёşğ ko dnu!!!
Doğrudur, E.Şahinoğlu S.Seyidovun şeirinə cavab verməsə də münasibətini öz facebook səhifəsində ifadə edib. Politoloq bunları yazıb: “Millət vəkili Səməd Seyidovdan məntiqə əsaslanan müzakirə gözlədiyim halda, mənə şeirlə cavab yazıb. Özü də Milli Məclisin azərbaycanlı millət vəkili şeiri rus dilində yazıb. Boynuma alıram, rus dilində şeir yaza bilmirəm. Ona görə hörmətli millət vəkili məndən rus dilində şeirli cavab gözləməsin, mən Rusiyada yaşamıram. Yazdığı şeirə isə qoy bu janrın biliciləri qiymət versinlər”.
E.Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında deputatın ona öz dilimizdə cavab verəcəyi təqdirdə mövqe bildirəcəyini qeyd etdi: “Məni tanıyan və tanımayan insanlar mənə müraciət edərək Səməd Seyidova Azərbaycan dilində şeirlə cavab yaza biləcəklərini söyləyirlər. Çünki rus dilində yazılan şeirdə soydaşlarıma da ”göndərmə" misralar var. Bütün dostlara təşəkkür edirəm. Ancaq heç kimin buna vaxt ayırmasına ehtiyac görmürəm. Millət vəkilinə cavab olaraq şeir müsabiqəsinin keçirilməsinə ehtiyac durmuram. Halbuki inanıram ki, soydaşlarım arasında ona Azərbaycan və rus dilində yüksək səviyyədə şeir yazacaq kifayət qədər bacarıqlı insanımız var. Ancaq bizim daha vacib işlərimiz var. Qoy millət vəkili rus dilində şeir yazmağında olsun, biz isə aktual problemlər və onların həlli yolları haqqında düşüncələrimizi, analizlərimizi cəmiyyətimizlə bölüşməyimizə davam edək. Səməd Seyidovun özü haqqın.az-la əlaqə saxlayaraq, şeiri ora göndərib. Şeir yazmağa insan vaxt ayırır. Millət vəkili deyir ki, böyük tədbirə gedib Azərbaycan həqiqətlərini çatdıracaq. Konfransda iştirak edə-edə mənə şeir yazmağa, görəsən, necə vaxt tapıb? İlk dəfədir ki, şahidi oluram, siyasi polemikaya şeirlə cavab verirlər. Əvvəl məni təhqir etdi, sonra şeir yazdı, yəqin növbəti dəfə də poeziya ilə cavab verər".
Politoloq Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı susqunluğuna da münasibət bildirdi: “Deyəsən, bu səfər əlaqələndirilməyib. İnanmıram ki, XİN-in bu konfransdan əvvəlcədən xəbəri olsun. Səməd Seyidovun əsas arqumenti odur ki, guya orada təmsil olunmurduq, öz sözümüzü deməli idik. İlk xəbərdə qeyd olunur ki, Seyidov Rukanın dəvəti ilə səfərə gedir. Sonra özünün yazdığı şeirdə isə bildirilir ki, dəvət olunmamışdım, amma həqiqətləri çatdırmaq üçün səfər etdim. Görün, nə qədər təzadlı hissələrdir. Ermənipərəst deputatın rəhbərlik etdiyi konfransda Seyidova nə qədər imkan veriblər ki, Azərbaycan həqiqətlərini çatdırıb. Şeirdə iki misra var, orada tək mən deyil, bütün xalqımız təhqir olunub. Misra belədir: 
Bezqramotnostğ v tom vinovata 
Moix soqracdan, ix idey.
Guya o, orada savaşanda bunu aşağılayıblar. Rusca cavab yazmağı belə Seyidovun xalqı aşağılamasıdır. Milli Məclisin deputatı mənimlə rus dilində polemikaya girir. Belə çıxır ki, mən də ona rus dilində cavab verməli idim. Rusca çox gözəl bilirəm, hətta bu dildə kitab yazmışam. Amma ona niyə bu dildə cavab verməliyəm? Açığı, polemika yaranmasını istəmirdim. Sadəcə, status yazdım, mətbuat bundan gündəm yaratdı. Ona həsr edəcək məqalə yazmaq fikrim yox idi. Onun mənə şeirlə cavab verməyi deputatın hansı dilə önəm verdiyinin göstəricisidir. Fransa-Ermənistan dostluq qrupu Parisdə konfrans keçirir, yaxşı olmazdımı Fransa-Azərbaycan dostluq qrupu belə tədbir keçirərdi, biz də fəxrlə deyərdik ki, deputatlarımızı həmin tədbirdə iştirak ediblər? Rene Ruka dəfələrlə Dağlıq Qarabağa səfər edib, hətta aprel döyüşlərindən sonra ora səfər edərək, Azərbaycanı işğalçı dövlət adlandırıb. Bu şəxs Dağlıq Qarabağın “müstəqilliyinə” imza atan birisidir. Bu şəxsin dəvəti ilə səfər etməsini mən doğru saymıram. Rukaya görə AŞ PA Azərbaycandakı tədbirlərini iki il təxirə salıb. Dövlət başçısının belə məsələlərdə nümunəsi var. Almaniya parlamenti “erməni soyqırımı”nı tanıdı. Bundan bir neçə gün sonra prezident ora səfər etdi, amma bundestaqdakı görüşlərdə iştirak etmədi. Bu, çox doğru yanaşma idi. Seyidovun məntiqi ilə yanaşsaq, dövlət başçısı həmin görüşləri keçirməli, saxta soyqırımı tanıyan deputatlarla görüşməli idi. Bu prinsipiallığı digər dövlət rəsmilərindən də tələb etməliyik. Belə müzakirələr açaq ki, Azərbaycan XİN-in qara siyahısına düşən şəxslərin dəvətlərini ölkə rəsmilərini qəbul etməli, yaxud etməməlidirlər. Belə müzakirələrə ehtiyac var".

 






Fikirlər