29.04.2014. - Ermənipərəst konqresmen həbs edildi

29.04.2014. -  Ermənipərəst konqresmen həbs edildiABŞ-ın Nümayəndələr Palatasının ermənipərəst konqresmeni Maykl Grimin adı qalmaqalda hallanıb.

"AzerTaym.az" ANS-ə istinadən məlumat verir ki, qalmaqal onun konqresə seçilənə qədər işlətdiyi “Healthalicious” adlı fast-food restoranı ilə bağlı yaranıb. Konqresmen ötən gün həbs edilib.

Buna səbəb isə onun adıçəkilən restoranı qanunsuz olaraq işlətməsi olub. 4 əvvəl seçkilər ərəfəsində restoranda maliyyə problemləri baş vermişdi və bununla əlaqədar qanun pozuntularına yol verildiyi bildirilmişdi.

Qeyd edək ki, restoranın müştərilərindən biri mart ayında restorana gedərək sadəcə Parmesan pendirini yeyə bildiyini yazmışdı. Daha bir xanım müştəri isə fevral ayında restorandan iyrəndiyini, yaxınlarına və ailə üzvlərinə həmin restorana getməyi qadağan etdiyini bildirmişdi.






Fikirlər