Üç qonşu Suriya girdabında: Əliyevin yeni geostrateji seçimi nə olacaq? - Pərdəarxası
Azərbaycanın qonşularının üçü Suriya böhranında iştirak edir. Türkiyə, İran və Rusiya ərəb ölkəsində 5 ildən çoxdur ki, davam edən müharibənin aparıcı fiqurlarıdır... Regionda cərəyan edən bu kataklizmlər Azərbaycanı geostrateji mövqeyini müəyyənləşdirməyə vadar edir. 2017-ci ildə rəsmi Bakı artıq öz geostrateji seçimi etməli olacaq. Bu barədə Politika.Az-ın Analitik Qrupu yazıb. Belə ki, rəsmi Bakı Avrasiya İttifaqı ilə Avroatlantik məkana inteqrasiya arasında seçimini etməlidir. Suriya böhranının getdikcə dərinləşməsi və Türkiyənin içərisinə ayaq açması təhlükənin yaxınlaşdığını xəbər verir. Qardaş ölkə İraqın taleyini yaşamaqdadır və terror qapımızın ağzındadır. Bu situasiyada 2017-ci il rəsmi Bakı üçün asan olmayacaq. Prezident İlham Əliyevin sabitliyin qorunmasında yürütdüyü stabil siyasət yeni ildən təzə rəng ala bilər. İ.Əliyev Yaxın Şərqdə gedən proseslərin İran, Türkiyə və Rusiya üçün əhəmiyyətli olduğunu gözəl dərk edir. Prezident Suriya kimi Türkiyənin də parçalanması üçün göstərilən səyləri və teraktların intensivləşməsini müşahidə edir. Bu məqamda Azərbaycan qlobal terrordan qorunmaq və Suriya böhranındakı yerini müəyyən etmək üçün yeni geostrateji seçim edəcək. Politika.Az-ın Analitik Qrupu yazır ki, Qərblə Rusiyanın Suriyadakı toqquşmasında Türkiyə dilemma qarşısında qalıb. Ankaranın Moskvaya yaxınlaşması Vaşinqton tərəfindən qəzəblə qarşılanıb. Ona görə də Türkiyədə rus səfirin qətli, İstanbulda Yeni il axşamı qətliam, Suriyaya gedən Rusiya təyyarəsinin qəzası heç də təsadüfi deyildi. Belə vəziyyətdə rəsmi Bakı Suriya siyasətində kimin yanında olduğunu seçim etməlidir. Bu günə kimi hakimiyyətin balanslaşdırılmış xarici siyasət kursu 2017-ci ildən çətin olacaq və spekulyasiyalar imkanın məhdudlaşacaq. Rəsmi Bakının açıq mövqeyi bundan ibarət olub ki, vahid Suriya dövlətinin varlığını dəstəkləyir. Politika.Az qeyd edir ki, ölkə prezidenti İlham Əliyev sabitliyin və tərəqqinin qarantıdır. Ölkə başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan iri yerli və regional layihələr sayəsində Azərbaycan dövləti öz iqtisadi nəticələri ilə aparıcı dövlətlər sırasındadır. Bu gün müasir Azərbaycan təhlükəsizlik və sabitlik nöqteyi-nəzərdə inkişafdadır. Ölkəmizdə terrora qarşı amansız mübarizə aparılır. Bu günlərdə də FƏTÖ və İŞİD kimi qruplaşmaların simpatizanları zərərsizləşdirildi. Eləcə də ölkəmizə, dövlətçiliyimizə qarşı təhdidlərin zamanında cavabı verilir. Ölkəmizdə cinayətkarlıq azalır. Kriminogen durum nəzarətdədir, hüquq-mühafizə orqanlarının peşəkarlığı, ayıq-sayıqlığı nəticəsində həm ölkə daxili, həm sərhədlərimiz etibarlı əllərdədir. Azərbaycanın uğurları bəzi düşmən dairələr tərəfindən qısqanclıqla qarşılanır. Dövlətimizin güclənməsi kimlərisə narahat edir, erməni lobbisini, Azərbaycanı istəməyən bəzi qüvvələri qane etmir. Müasir dünyada dövləti lazımi səviyyədə idarə etmək, geosiyasi təlatümlərdən, iqtisadi böhranlardan çıxarmaq üçün çox yüksək səriştə və siyasi iradə lazımdır. Azərbaycan xalqı üçün tarixi bir şansdır ki, bu gün ölkəmizə cənab İlham Əliyev kimi dərin zəkaya, analitik təfəkkürə malik olan, dünyada gedən siyasi- iqtisadi prosesləri yaxşı bilən siyasətçi və dövlət xadimi rəhbərlik edir.