15.08.2014- L.Yunusun qaynı bəyanat yaydı
Həbsdə olan konfliktoloq Arif Yunusun ABŞ-da mühacirətdə olan qardaşı Ramis Yunus bəyanatla çıxış edib.
Ramis Yunusun Meydan TV-yə göndərdiyi bəyanatda bildirilir ki, qondarma ittihamla həbs olunan ailə üzvləri Arif və Leyla Yunusu müdafiə edənlərə təşəkkür edir: "Ailəmizin adından onlara dəstək olan bütün dostlarıma, jurnalistlərə, bloggerlərə, siyasilərə və başqa təbəqələrdən olan minlərlə namuslu və vicdanli insanlara öz təşşəkkürümü bildirirəm. Bununla yanaşı hamınızdan bircə xahişim var: çalışın bu məsələdə bir mərkəzdən hərəkət edin, ayrı-seckiliyə yol verməyin. Necə ki, Leyla xanım öz mübarizəsində hec vaxt ayri-seckilik etməmişdi və haqsız olanların hamısını müdafiə etmişdi. Məhz buna görə də bu missiyani, yəni Leyla və Arif Yunusun müdafiə komitəsinin rəhbərliyi, ailəmizin adından mənim yaxın və etibar elədiyim dostum, görkəmli ziyalımız, Çəmil Həsənliyə həvalə edirəm".
Bəyanat bu fikirlərlə bitir: "Xahiş edirəm, Çəmil bəy, bu məsələdə aqsaqqalliq edin və bütün Leyla xanıma və Arif bəyə hörmət edənləri bir araya gətirin. Bu birinci növbədə zindandakılara qarşı cox düz olar".