"SABİQ nazir deputatın təklifinə ETİRAZ ETDİ"

"Başqa ölkələrdən gəlib Azərbaycanda məktəb tikən şəxslərin ölkəmizə heç bir xeyri yoxdur”

"İnanmıram ki, kənardan gəlib, Azərbaycanda məktəb təsis edən və onu idarə edən şəxs bu ölkəyə xeyir versin”

Bunu Sherg.az-a millət vəkili Şəmsəddin Hacıyevin xarici sərmayədarlara Azərbaycanda təhsil müəssisələrini tikməyə şərait yaradılması ilə bağlı təklifinə münasibət bildirərkən tanınmış türkoloq alim, sabiq təhsil naziri Firudin Cəlilov deyib:
"Adətən bu prosesi missionerlər əsrlər əvvəl başlayıblar. Tarixi təcrübə də sübut edir ki, başqa ölkələrdən gəlib Azərbaycanda məktəb tikən şəxslərin ölkəmizə heç bir xeyri yoxdur”.
Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputatın bu fikirləri tənqidlə qarşılanıb. Millət vəkili Asim Mollazadə bu məsələnin mümkün olmadığını deyib.
AzerTaym.az






Fikirlər