01.05.2014. - Şöbə müdirinin müdhiş əməliyyatı-Ş0K!!!

01.05.2014. -  Şöbə müdirinin müdhiş əməliyyatı-Ş0K!!!Goranboyun Təhsil Şöbəsinin müdiri Anar Mayılov Təhsil nazirinin rayona səfərindən sonra kənd məktəblərinin direktorlarını şübhəli şəkildə dəyişməyə başlayıb.

"AzerTaym.az" xəbər verir ki,bu barədə “Axar.az”a Goranboy Rayon Təhsil Şöbəsindəki mənbədən məlumat daxil olub.

Mənbə Təhsil naziri Mikayıl Cabbarovun Goranboyda olduğu zaman ona edilən şikayətlərdən heç birinə baxılmadığını bildirib:

“Təhsil naziri Goranboyda olanda hər kəs sevinirdi. Nə qədər insandan şikayət daxil olmuşdu. Lakin bu şikayətlərin heç birinə nəzər yetirilmədi. Anar Mayılov Təhsil Şöbəsinin müdir müavini, hətta müdir əvəzedicisi olan zaman bu şikayətlərin heç birinin yerinə yetirilməsinə cəhd etməyib”.

Mənbə Anar Mayılovun Təhsil nazirinin Goranboyda olmasından istifadə edərək, bəzi məktəb direktorlarına təmənna ilə yanaşdığını bildirib:

“Təhsil naziri rayondan gedəndən sonra Yenikənd, Yeniyol, Dəyirmanlar kəndlərinə yeni məktəb direktorları təyin edildi. Şöbənin özündə isə belə bir fikir dolaşır ki, Anar Mayılov bu işi müəyyən təmənna müqabilində edib. Rayonda 60 ümumtəhsil məktəbi var və direktorların hazırda öz vəzifələrini qoruyub-saxlamaq məsələsi müzakirə olunur”.

Mənbə həmçinin artıq Goranboy məktəblərində frontal yoxlamaların da aparıldığını söyləyib:

Anar Mayılovun heç bir pedoqoji təhsili olmayan yaxınları rayon ərazisində keçirilən məktəblərin ümumi yoxlamasına rəhbərlik edirlər. Heç bir pedoqoji təhsili olmayan şəxslərin məktəb yoxlamalarına cəlb olunması narazılıq yaradıb. Onlardan biri Şahmat məktəbinin direktoru Elçin adlı şəxsdir. Digəri isə Eyvazalılar məktəbinin direktoru Göyüş müəllimdir”.

Goranboy Rayon Təhsil Şöbəsi ilə əlaqə saxlasaq da, suallarımıza məntiqli cavab ala bilmədik. Zəngimizə cavab verən şəxs bizi Anar Mayılovla əlaqələndirmək imkanında olmadığını söylədi.

Məsələ ilə əlaqədar Təhsil Nazirliyi yazılı sorğumuza yalnız bir cümlə ilə cavab verib:

“Göstərilən faktlarla bağlı Təhsil Nazirliyində məlumat yoxdur”.

Xatırladaq ki, Anar Mayılov 2010-cu ildə Goranboy-Neftçala seçki dairəsindən millət vəkili seçilən Mahir Aslanovun qohumudur. Üç aydır Goranboyda Təhsil Şöbəsinin müdirini əvəz edir. Adının nurçularla bağlı hallandırılması da diqqət çəkir.






Fikirlər