"Aprel döyüşləri təkrarlana bilər”.
Bunu Sherg.az-a ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.
O bildirib ki, Azərbaycan bütün beynəlxalq hüquq normalarına hörmətlə yanaşsa da, güc tətbiq etməyə məcbur qalır:
"Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, biz münaqişəni həll etmək üçün diplomatik, siyasi imkanların, sülh danışıqlarının gücündən maksimum dərəcədə istifadə edirik. Müharibələr törədilməsin, insanların fəlakətinə yol verilməsin. Amma bəzən bizi məcbur edirlər. Bu gün Ermənistan beynəlxalq təşkilatları çaşdırmağa çalışır. Yalan məlumatlarla Azərbaycanın danışıqlara getmədiyini bəyan edir. Biz hər zaman sülh danışıqlarında arqumentlərlə, faktlarla Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını istəyirik.
Azərbaycanın ərazisində də başqa xalqların, millətlərin nümayəndələri necə azad, Azərbaycan konstitusiyasına riayət edərək yaşayır, oxuyur, işləyir. Onlar bütün dövlət strukturlarında bərabər hüquqla təmin olunurlarsa, ermənilər də orada yaşaya bilər. Onların yaşaması üçün şərait yaradılır, status verilir. Ölkəmizdə ikinci Ermənistan dövlətinin yaradılmasına Azərbaycan heç vaxt imkan verməyəcək”.
AzerTaym.az