Türkiyə Qarabağ qazisinin adını əbədiləşdirir – BU GÜN
Türkiyənin Qırşəhər şəhərindəki küçələrdən birinə Qarabağ qazisi və Azərbaycan Bayrağı ordenli İbad Hüseynovun adı verilib.
Axar.az xəbər verir ki, bu barədə şəhərin bələdiyyə məclisi qərar qəbul edib.
Küçənin açılış mərasimi bu gün yerli vaxtla saat 15:30-da keçiriləcək. Mərasimə Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu da qatılacaq.
Qeyd edək ki, törəndə iştirak üçün İbad Hüseynov da qardaş ölkəyə dəvət edilib.
İbad Hüseynov 1993-cü ildə Qarabağda məşhur erməni terrorçu Monte Melkonyanın başını kəsməklə məhv edib.