Ərdoğan Azərbaycana görə erməni MƏMURU DANLADI

Ərdoğan Azərbaycana görə erməni məmuru danladı

 Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 25-ci ildönümü münasibətilə keçirilən görüşə rəhbərlik edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edən erməni təmsilçini tənqid edib.

"Qaynarinfo" "HaberTürk"ə istinadən xəbər verir ki, Azərbaycanın nümayəndəsi, Milli Məclisin spikeri Oqtay Əsədov üzv ölkələrdən birinin hələ də zəhərli ideologiyasından əl çəkmədiyini bildirib.

Ermənistanın xarici işlər nazirinin köməkçisi Aşot Hovakimyan isə çıxışında bildirib ki, Azərbaycan tərəfi siyasi günahlandırmadan əl çəkməlidir. O deyib ki, QDİƏT siyasi təşkilat deyil və bu məsələlər burada müzakirə olunmamalıdır.

Erməni təmsilçidən sonra çıxış edən Ərdoğan ona cavab verib: "Burada heç bir təmsilçi çıxışında hər hansı bir siyasi günahlandırma və dəyərləndirmə etməyib. Amma siz öz çıxışınızı bütünlüklə siyasi günahlandırma və dəyərləndirməyə həsr etdiniz. Bu isə mənim fikrimcə, düzgün deyil”.






Fikirlər