RUSİYANIN EKSPANSİYASI DAVAM EDİR! - Yeni bir FAŞİZM yetişməkdədir!

1476862142_putin-voin

Rusiya ekspansiv siyasətini fəal şəkildə davam etdirir. Son aylar bu, özünü daha qabarıq şəkildə büruzə verir.
Baxın:
- Rusiya Ukrayna ilə sərhəddə əlavə çevik hərbi hissələr yerləşdirməklə, ərazidə özünün hərbi iştirakını artırır;
– Rusiya Dnestryanı bölgəni özünə birləşdirmək istəyir – bu, mahiyyət etibarilə, beynəlxalq hüquqa tüpürmək dekməkdir;
– Rusiya Prezidenti Vladimir Putin Gürcüstanın xəbəri (icazəsi) olmadan, de-yure bu dövlətin ərazisi sayılan Abxaziyaya səfər edir – bu, işğalçı siyasətin əyani göstəricilərindən biridir;
– Cənubi Osetiyada Rusiyanın işğalçı ordusu «sərhədlərin demarkasiyası» adı altında Bakı-Supsa neft kəmərini açıq-aşkar öz nəzarəti altına alır – Gürcüstanın etirazlarına məhəl qoymur;
– Dağlıq Qarabağda zaman-zaman, dövri olaraq (son zamanlar isə daha tez-tez) vəziyyəti gərginləşdirməklə, Azərbaycana təsiri artırır;
- Moskva Rusiya Azərbaycanlılarının Konqresi adlı təşkilatı bağlayır. Həmin təşkilatla bağlı hələ ötən il (?) xeyli maraqlı bir məlumata rast gəlmişdim. Dərbənd şəhərinin 5 min illik yubileyinə həsr olunmuş bir toplantıda həmin təşkilatın bir neçə üzvü iştirak etmişdi. Bir talışın Rusiya KİV-də dərc etdirdiyi məqalədə deyilirdi ki, guya Konqresin üzvləri tədbirdə çıxış edərək, Dərbənd şəhərinin qədim Azərbaycan torpağı olduğunu dilə gətiriblər. Göründüyü kimi, dəvədən də kinli Kreml bu sözlərin qisasını təşkilatın bağlanması ilə aldı. Bu da Əlkram Hümbətov və ətrafının «xidməti»…
putin-war-main- Rusiya Suriyada günbəgün işirakını artırır və burada ABŞ-ı sıxışdırmaqdan çəkinmir;
– Rusiya Baltik hövzəsində xeyli müddədir ki, özünü çox aqressiv aparır, bu ölkələrə, Polşaya əzələ nümayiş etdirir, Baltik dövlətlərinin hava və su sərhədlərini pozur. Bu yaxınlarda isə bu hövzədə Belorus və Çinlə birgə «Qərb-2017» hərbi təlimləri keçirməyə hazırlaşır…
Sıranı davm etdirmək olar, amma bunlar da kifayət edər – dünyanın gözləri qarşısında yeni və əvvəlkindən də idbar bir FAŞİZM yetişməkdədir! Dünya isə bunu tənbəl-tənbəl müşahidə edir…

Mirzə Ağ
AzPolitika.info






Fikirlər