«ABŞ və Avropa İttifaqı ölkələrini heç kim islam dövlətinə çağırmayıb» - RAMZAN KADIROV
Təəssüflər olsun, Qərbin yalançı təbliğatı vəziyyəti o həddə çatdırıb ki, bu ölkələrin əhalisinə izah etmək ehtiyacı yaranır – əslində, təcavüzkar kimdir, terrorçuları kim maliyyələşdirir və nə üçün Şərqdə müharibə gedir? Tənbəllik etməyin, isveçrəli tarixçi Daniel Qanserin mühazirəsinə baxın. O, məhsuldar və obyektiv olaraq dünyadakı situasiya barədə danışır. Amerika Birləşmiş Ştatları (ABŞ) və onun qarşısında quyruq bulayan Avroittifaq ölkələri nəhəng neft-qaz ehtiyatlarına malik dövlətlərə yönəlik cinayətkar informasiya konsepsiyası formalaşdırıblar. Bunlar – Misir, Liviya, İraq, indi isə Suriyadır. Bu ölkələrin hamısı islam dünyasına aiddir. ABŞ öz əlaltıları ilə birlikdə, məqsədli şəkildə, müsəlmanların terrorçu obrazını yaradır ki, informasiya yalanlarından istifadə etməklə, həmin ölkələrin təbbi ehtiyatlarını ələ keçirməkdə onlara mane olanları öldürsün. Bu barədə isveçrəli tarixçi danışır, Rusiya da bu barədə həmişə danışıb. Kədərlidir, qərbdə insanlara öz ölkələrinin vəhşi-dağıdıcı siyasətini – Qərb KİV-nin və hakimiyyətinin öz əhalisinin dünyagörüşünü necə çaşdırdığını izah etmək lazım gəlir. Axı, gerçəkdən də Fransızdan soruşsan ki, siz İkinci Dünya Müharibəsi illərində Parisdə almanları öldürmüsünüzmü? Hamı cavab verəcək – bəli, amma bu, müqavimət idi! Onlar bizim ölkəmizi işğal etmişdilər. Rusiya isə beynəlxalq hüquqa uyğun hərəkət edir – tarixçi bu barədə də danışır. Çünki bu, faktdır – Suriyanın Prezidenti Əsəd Moskvadan kömək istəyib… Daniel Qanser azsaylı Qərb tarixçilərindən biridir ki, insanları ağıla və birliyə, milli, siyasi və ya dini prinsiplərə görə, bölünməzliyə çağırır, ABŞ isə əksinə, insanları bölür və qırır!.. Ramzan Kadırov – Çeçenistanın başçısı Tərcümə «AzPolitika.info»-nundur
Amma İslam dünyası ölkələrinin ərazisində – ABŞ-ın müharibə apardığı ərazilərdə – Amerika hərbçisini öldürsələr, onlar bunu müsəlman terroru kimi təqdim edəcəklər. Hansı ki, nə ABŞ-ı, nə də Avroittifaq ölkələrini heç kim islam dövlətlərinin ərazisinə çağırmayıb, dəvət etməyib. Onlar öz demokratiyalarını bu ərazilərə süngü ucunda gətiriblər və bu ölkələrin dinc əhalisini öz demokratiyaları ilə qırırlar.