Şimali Koreya lideri bacısına yüksək VƏZİFƏ VERDİ
Şimali Koreya lideri bacısı 28 yaşlı Kim Yo Çeni siyasi büronun üzvü təyin edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ekspertlər bununla Kim Çen Inın öz siyasi hakimiyyətini möhkəmləndirdiyini ehtimal edir. “O qadın olduğu üçün Kim Çen In bacısını hakimiyyəti üçün təhlükə hesab etmir”-deyə ekspertlər bildirir. 2013-cü ildə Kim Çen In keçmiş sevgilisini və daha 10 nəfər şəxsi təhlükəli element kimi güllələmişdi.