DƏNİZ Baykal ÖLÜM ayağında: Prezident ƏRDOĞAN məşhur cərrahı Ankaraya GÖNDƏRİB

Ankara Universitetinin İbn Sina xəstəxanasında müalicə alan Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, millət vəkili Dəniz Baykalın ölümü ilə bağlı xəbərlər yayılıb.

Musavat.com xəbər verir ki, 3-cü dəfə əməliyyat olunan Dəniz Baykalın beyin ölümü keçirdiyi bildirilib. Bununla bağlı Türkiyənin “Habertürk” qəzetinin yazarı Sevilay Yılmaz iddia irəli sürüb.

Türkiyə prezidenti R.T.Ərdoğanın D.Baykalın vəziyyətindən xəbər tutan kimi məşhur cərrah professor dr. Uğur Türeni Ankaraya gətirdiyi məlum olub. Səhiyyə naziri də D.Baykalın durumu haqqında çıxış edib: "Hazırda oyanmayıb. D.Baykalın vəziyyəti tərəfimizdən ciddi şəkildə təqib edilir".

Erdoğan devreye girdi! Ünlü cerrah özel uçakla Ankara'ya getirildi

Keçirdiyi krizin ardından İbn Sina xəstəxanasına yerləşdirilən D.Baykal dünən 3-cü dəfə əməliyyat edilib.

D.Baykalın vəziyyəti ilə bağlı Ankara Universitetinin rektoru da fikirlərini bildirib: "Dəniz bəydə çox təəssüf ki, qanama get-gedə artır. Tənəffüsü üçün yardımlar göstərilir. Beyni qapalı olaraq hələ də yatılı vəziyyətdədir. Bu, çox ciddi bur durumdur. Həyatı təhlükəsi də hər an üçün gözləniləndir".

Ərdoğanın təyyarəsi ilə Ankaraya gətirilən məşhur cərrah... 

Varşavadan səfərdən dönən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dəniz Baykalın vəziyyətini öyrənmək üçün xəstəxanaya zəng edib. D.Baykalın vəziyyətinin yaxşı olmadığını öyrənən Türkiyə prezidenti dərhal məsələyə əl qoyub.

Ərdoğanın göstərişi ilə məşhur beyin cərrahı Türkiyə prezidentinin təyyarəsi ilə Ankaraya gətirilib. Məşhur cərrah ilə birlikdə Dəniz Baykalın əməliyyatına və müayinəsinə Türkiyənin Yedi Tepe Universitetinin şöbə müdiri də qatılıb.

D.Baykalın beyin ölümünün hələ gerçəkləşmədiyini, onun vəziyyətini şəxsən izlədiyini deyən Uğur Türe sonuna qədər millət vəkilinin durumunu nəzarətdə saxlayacağını vurğulayıb.

Картинки по запросу Prof. Dr. Uğur Türe'

Uğur Türe kimdir?

1963-cü ildə Türkiyənin Ordu şəhərində anadan olub.

1980-cı ildə Ankara, Bahçelievler Deneme litseyindən məzun olub.

1987-ci ildə Hacettepe Universitetinin məzunu olandan sonra Kızılören bölgəsində bir səhiyyə mərkəzində işləyib.

1987-1992-ci illərdə isə Şişli Etfaf Xəstəxanasında çalışıb.

1990-1993-ci illərdə İsveçrədə "University of Zurich" Xəstəxanasında, 1995-1997-ci illərdə isə "University of Arkansas for Medical Scienses" Xəstəxanasında çalışıb.

1997-ci ildə isə Marmara Universitetində neyrocərrahiyə üzrə köməkçi dosent olaraq çalışıb.

2003-cü ildən bu günə kimi isə Yeditepe Universitetində Nevrocərrahiyə üzrə mütəxəssis olaraq çalışır.

 Musavat.com

 






Fikirlər