Müsavat Məclisinin sədrliyinə qadın seçildi - İLK DƏFƏ

Müsavat Məclisinin sədrliyinə qadın seçildi - İLK DƏFƏMüsavat Partiyasında məclis sədri vəzifəsinə seçkilər keçirilib

Müsavat Partiyası Məclisinin bugünkü iclasında Məclis sədri vəzifəsinə seçkilər keçirilib.

APA xəbər verir ki, bu barədə Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib.

Onun sözlərinə görə, səsvermədə 76 nəfər iştirak edib. Nüşabə Sadıqlı 62 səs lehinə, 14 səs əleyhinə olmaqla Müsavat Məclisinin sədri, Rauf Ağa Məclisin katibi seçilib.

Bundan başqa, Başxanım Abbaslı, Səxavət Soltanlı, Alya Yaqublu və Gülağa Aslanlı Müsavat Partiyasının Divan üzvü seçilib. Mərkəzi Nəzarət-Təftiş Komissiyasına seçilən olmayıb, 4 yer boş qalıb. Məclisə 6 nəfər seçilməsi ilə Məclis üzvlərinin sayı 125 nəfərə çatıb, 26 yer isə boş qalıb.

Qeyd edək ki, Müsavat Məclisinin sədrliyinə namizədliyini irəli sürmüş Bakı Dövlət Universitetinin dosenti Sabir Məmmədli "seçki prosesində ictimai-siyasi prinsiplərin pozulması”nı səbəb göstərərək namizədliyini geri götürüb. Bunun nəticəsində sədrliyə digər namizəd - Nüşabə Sadıqlı alternativsiz qalıb.






Fikirlər