Netanyahu fələstinlilərə ÇAGIRIŞ etdi
İsrailin baş naziri Binyamin Netanyahu ABŞ-ın Qüds qərarından sonra fələstinlilərə qarşı artan zorakılıqlara münasibət bildirib. Teleqraf.com xəbər verir ki, Fransa prezidenti Makronla birgə keçirdiyi brifinqdə Netanyahu fələstinlilərə çağırış edib. “Fələstinlilər Qüdsün İsrailin paytaxtı olduğunu nə qədər tez qəbul edərlərsə, sülh o qədər tez əldə olunar. Odur ki, Qüdsün İsrailin paytaxtı olduğunu tez qəbul edin".