Zahid Orucun təklifi: ”30 min ERMƏNİ VƏTƏNDAŞIMIZIN Marağa abidəsinə ziyarətini TƏŞKİL EDƏK,..”
Milli Məclisin payız sessiyasının son iclasında deputat Zahid Oruc maraqlı bir məsələyə diqqət çəkdi.Prezident İlham Əliyevin bu ilin dekabrında Tərtərə səfəri zamanı təqdim olunan “Marağa-150” abidəsi ilə bağlı görülən bərpa işlərini dövlətimizin tarix üzərindən Ermənistanla apardığı siyasi-informativ savaş üçün əhəmiyyətli addım kimi qiymətləndirib. Musavat.com-un məlumatına görə, millət vəkili qeyd edib ki, azərbaycanlıların izini Qafqazlardan silmək üçün millətimiz tərəfindən yaradılan minilik maddi-mənəvi irsi amansızlıqla dağıdan ermənilərə qarşı dövlətimiz fərqli bir davranış modeli ilə qarşı çıxmağın faydalarını göstərib. Bakıda mövcud olan erməni kilsəsinin qorunmasını dövlətimizin din və millətçilik davası aparmadığının,yalnız öz torpaqlarının və sərhədlərinin toxunulumazlığı uğrunda savaşın göstəricisi olduğunu bəyan edən Zahid Oruc ölkəmizdə yaşayan ermənilərin bu vətəndə yedikləri çörəkdən, içdikləri sudan üzərlərinə düşən mənəvi məsuliyyəti qabartmağa çalışıb. O qeyd edbi ki,əvvəllər rəsmi məlumatlarda yer alan 30 min erməninin sonrakı demoqrafik və ictimai taleyini izləyə bilmədiyindən hazırda onların sayı haqda dəqiq məlumatlara malik deyil. Lakin həmin tərkibdə də onların kiçik bir qrupunu rəsmən təşkil edib “Marağa 150” abidəsinin önünə aparmaq mümkündür.”Doğrudan da “sülh platforması”nda yer alanların da ziyarət təşəbbüsü olacaqsa, onlara da belə şərait yaradılmalıdır. Köçkünlər üzrə komitə ölkə rəhbərinin tapşırığı ilə 60-dan artıq səfir və konsulun həmin əraziyə səfərini təşkil edərək dövlətimizin diplomatik müharibədə mövqeyini gücləndirməyə nail oldular. Lakin Azərbaycanda yaşayan ermənilərin həmin abidəni ziyarət etməsi faktı izini itirməyə çalışdıqları köçürülmə tarixinə yenidən diqqət cəlb edər, onu legitimiləşdirər və dünya ictimaiyyətinə təqdimatda bizim üçün təsirli arqumentə çevirərdi”. Millət vəkili, 90-cı illərdə ermənilər içərisində də Azərbaycana bağlılıqlarını və sədaqətlərini göstərmək naminə Ermənistana qarşı vuruşanların olduğu haqda ictimai fikirdə dolaşan məlumatların səhihliyinə inanmaq istədiyini söyləyib. ”Hər halda Marağa abidəsi qarşısına getmək, kiçik bir hərbi bölük təşkil edib gedib səngərdə öz erməni soydaşlarına qarşı vuruşmaqdan daha asan vəzifədir. Ona görə siyasət çoxməchullu tənliyə bənzədirlər. Burada qeyri-standart qərarlar vermədən qələbə qazanmaq sadəcə mümkün deyil. Bir Fəxrəddin Aboszadə üzərindən İrəvandan ölkəmiz əleyhinə aparılan separatizm kampaniyası sübut edir ki,düşmən tərəfi millətimiz içərisində daim satqın axtarmaqda davam edir”. Millət vəkilinin təklifinə müsbət reaksiya verən spiker Oqtay Əsədov qeyd edib ki, ”ideya maraqlıdır, bununla bərabər o. erməniləri “təşkil etməyə” deyil,onların könüllü qərar verməsinin effektinə inandığını söyləyib. Gerçəkdən də Türkiyə Ermənistanla münasibətlərinin bütün ziddiyyətlərinə baxmayaraq,rəsmi Ankara hər zaman vətəndaşı saydığı erməniləri düşmənlə savaşın ön cəbhəsinə qoymağı bacarıb. Fərq etməz, hərbi, yoxsa, siyasi səngərdə türklər naminə erməni-erməniyə güllə atıb.