Putinin namizədi Avropada prezident ola bilər - “Qoca qitə”də TƏŞVİŞ

Çexiyada keçirilən prezident seçkilərində Kremlin namizədi adlandırılan Miloş Zemanın qalib gəlməsi Avropa ölkələrində ciddi narahatlığa səbəb olub. 

Modern.az xəbər verir ki, Qərb mediasının nüfuzlu nəşrləri məsələyə həyəcanlı yanaşma sərgiləyiblər.

 “Prezidentliyini 2-ci müddətə uzatmağa çalışan Miloş Zeman özünü Avropada Putinin partnyoru kimi tanıdır. O, ötən ilin noybarında Moskvada səfərdə olarkən “Praqa üçün Moskva ilə münasibətlər Parislə münasibətlərdən 10 dəfə daha vacib olmalıdır” deyə qalmaqallı açıqlama vermiş, üstəlik rus jurnalistlərini doğma dillərini yaxşı bilmədikləri üçün rusca məzəmmət etmişdi” –deyə “The Wall Street Journal” nəşri yazıb.

Zeman seçkilərin birinci turunda 40% səs toplayıb və ikinci yerdə gedən İrji Draqoşla yekun 2-ci turda mübarizə aparacaq.

“68 yaşlı akademik olan Draqoş Qərbə yaxınlığı ilə seçilir. O, Zemandan fərqli olaraq Krımın ilhaqını və Rusiyanın Suriya şəhərlərini bombalamasını dəstəkləmir”-deyə Qərb mediası yazır.

 Avropa və ABŞ mediasının fikrincə, 1968-ci ildə Praqaya girən sovet tankları çexlərdə Qərbə sevgi yaratsa da, zamanla onlar Çexiyada ABŞ və Avropa Birliyinin ağalıq etdiyini düşünərək yenidən Moskvaya tərəf baxırlar.

“Avropada miqrant böhranı ilə bağlı minlərlə qaçqının keçmiş kommunist respublikalarına, o cümlədən Çexiyada məskunlaşdırılması bu ölkələrdə hüquqsuzluq sindormu yaradıb. Şərqi Avropa ölkələri Böyük Britaniyanın Avropa Birliyini tərk etməsindən sonra qurumda Fransa və Almaniyanın nüfuzunun artmasından narahatdırlar”.

 Avropa parlamentində Çexiya nümayəndə heyətinin rəhbəri Dita Çaranzova isə prezident seçkilərinin çox böyük önəm daşıdığını xatırladıb.

“Ölkəmizin qərbləşməsini davam etdirmək üçün müasir prezidentə ehtiyacımız var”.






Fikirlər