Belə biabırçı etiraz görülmədi - FOTO

Çexiyada Prezident igamətgahı üzərində dalğalanan bayraq qırmızı rəngli nəhəng alt paltarı ilə əvəz olunub.

Anspress-in məlumatına görə, bu addımı siyasi mövzulara performansları ilə tanınan Çexiyanın "Ztohoven" art-qrupu atıb. Yaradıcı heyət bununla prezident Miloş Zemana öz mənfi mövqeyini ifadə edib. Qrupun bəyanatında deyilir ki, məhz qırmızı alt paltarı "heç nədən utanmayan insana" müvafiq bayraq ola bilər.

Daha əvvəl Zeman Avropaya gələn miqrant və qaçqınları sərt tənqid edib. Çex prezidenti bu yaxınlarda Çində olub və burada hakimiyyəti içtimaiyyət qarşısında tərifləyib. "Ztohoven" qrupunun üzvlərinin sözlərinə görə, alt paltarının Çinin bayrağı rəngində olmasını da gözə alıblar.

Çexiya polisi "qırmızı alt paltarı" insidentındə şübhəli bilinən 3 nəfəri saxlayıb. 

Çex Respublikasının prezidenti ilk dəfə deyil ki, ictimaiyyətin qınağına məruz qalır. Bundan əvvəl Miloş Zeman Rusiyaya həddindən artıq rəğbət bəslədiyinə görə çürümüş yumurta atəşinə məruz qalmışdı. 

İnsident "məxməri inqlabın" 25-ci ildönümünə həsr edilən tədbirdə qeydə alınmışdı. Minlərlə insan əlində qırmızı kart tutaraq Çexiya prezidentini vəzifəsindən istefa verməyə çağırıb. Bəzi aksiya iştirakçıları isə daha radikal üsula əl ataraq prezidentə yumurta atıblar. Yumurtalardan biri təsadüfən tədbirin qonağı Almaniya prezidenti Yoahim Qauka dəyib. Cangüdənlər prezidenti çətirlərlə yumurta yağışından qorumağa çalışıblar.

Zeman Rusiyanı Ukrayna ilə müharibədə dəstəkləməsi ilə tanınır.

Miloş Zeman 2013-cü ilin yanvarında Çex Respublikasının prezidenti seçilib. 






Fikirlər