Şərqi Avropada hakimiyyətə gələnlər Avropa Birliyinə TƏHLÜKƏ SAYILIR

AB Avropa qanunlarının ruhunu bilməyən ölkələri qəbul etməklə tələskənliyə yol verib- “Die Welt”

Avropanın şərqində, keçmiş SSRİ-nin peykləri sayılan ölkələrdə qəribə proseslər baş verir.

Macarıstan və Polşadan sonra Çexiya da AB-nin əsas prinsiplərinin əleyhinə çıxış edən qüvvələrin əlinə keçdi. “Bu hüquqi dövlətin Avropa prinsiplərinə tamamilə zidd hadisədir”, - Almaniyanın “Die Welt” qəzetindən Tomas Şmid yazır.

Müəllif Çexiyada yenicə qalib gəlmiş milyarder Andrey Babişin miqrasiya əleyhinə şüarlarla, həmşinin ksenofob populizmdən bacarıqla yararlandığını qeyd edir. Bir çox eksperlətrin fikrincə, burada Avropanın şərqində Şərqdən gələn qaçqınları qəbul etmək istəməməsinin böyük rolu var.

Qərb jurnalistləri Andrey Babişi sərvətinə və davranışlarına görə İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni ilə müqayisə etməyi sevirlər. Varlı olmasına rəğmən Berlisukoni xalqla dil tapa bilən nadir siyasətçilərdən olub.

Картинки по запросу андрей бабиш tramp

Lakin Böyük Britaniyanın “The Daily Mail” qəzeti onu xarakterinə görə “Çexiyanın Trampı” adlandırır.

İş o yerə gəlib çatıb ki, artıq Çexiyada ölkənin Avropa Birliyindən çıxmaq haqqında referendumun keçirilməsini gözləyənlər var. Bundan başqa, Babiş Brüsselin qaçqınlarla bağlı qəbul etdiyi qərarları qətiyyətlə rədd edir. Ən başlıcası isə o, Qərbin götürdüyü ümumi kursun ziddinə olaraq Moskva ilə yaxınlaşmaq planları qurur.

Tomas Şmidin fikrincə, bütün bunlar Avropada “illiberal demokratiyalar”ın yeni blokunun peyda olduğunu göstərir. “Bunun sayəsində Avropa dəyərləri və prinsiplərində Şərqi Avropa üçün nəzərdə tutulan bəzi istisnalar, artıq onlar üçün qaydalara çevrilməyə başlayıb”, -müəllif qeyd edir.

Tomas Şmidin bütün bu olub-bitənlərdən gəldiyi nəticə budur: “Demokratik seçkilər heç də demookratiyaya gətirib çıxarmır. Seçkilərdən elə hakmiyyətlərin bölgüsü və qanunun aliliyini məhv emtək üçün də çox gözəl istifadə etmək olar”.

Картинки по запросу андрей бабиш viktor orban

Şmid Macarıstan, Avstiriya, Polşa və hətta Almaniyada baş verən proseslərin Avropa Birliyində etnik ideyaların qələbəsi adlandırır.

“Kim ki miqrasiyanı və qaçqınları öz ölkəsində qəbul etmək zərurətini rədd edirsə, o, liberal demokratiyaya qarşı çıxan qüvvə sayılır”, - müəllif təsbit edib.
Məqalə müəllifi bununla bağlı daha bir maraqlı nəticəyə gəlib. O, Avropa Birliyinin şərqə doğru yayılmasının səhv və tələskən addım olduğunu yazıb. “Həmin ölkələrin şifahi vədlərinə daha çox diqqət olunmaqla bərabər, namizəd ölkələrin Avropa qanunlarının ruhunu qəbul edib-etmədiklərinə heç fikir verilməyib”, - Tomas Şmid təəssüflə yekunda qeyd edir.






Fikirlər