Gizli danışıqların DETALLARI, 20 il əvvəl QARABAĞ…
Amerikalı diplomat Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə 20 il əvvəl aparılan danışıqların detallarını açıqlayıb. Ermənistan tank əleyhinə ən müasir silah sayılan “Kornet - E” raket kompleksini nümayiş etdirib. Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı uğurla davam etdirilir. İsrailin baş naziri İranın Suriyadakı hərbi mövcudluğunu Moskvaya səfəri zamanı Rusiya lideri ilə müzakirə edəcək. Bu gün Rusiyanın Soçi şəhərində Suriya Milli Dialoqunun Konqresi başlayıb. Ermənistan tank əleyhinə ən müasir silah sayılan “Kornet - E” raket kompleksini nümayiş etdirib.Rəsmi İrəvan raket kompleksini Rusiyanın Ermənistana verdiyini açıqlayıb. Raket kompleksi lazer şüası ilə idarəetmə qabiliyyətinə və 5,5 kilometr uzaqlıqda olan hədəfi məhv etmə gücünə sahibdir. Rusiyada ermənipərəst “Reqnum” agentliyi yazır ki, raket kompleksi Azərbaycanın tanklarını asanlıqla sıradan çıxara bilər. Lakin bu informasiya Ermənistan ictimaiyyətində inandırıcı qarşılanmayıb. “Ermənistanda radikal güclər Levon Ter-Petrosyana Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanla saziş bağlamağa icazə vermədi və onu istefaya getməyə məcbur etdilər. Bu, çox kədərli faktdır”. Bu barədə ABŞ-ın Özbəkistandakı və Ukraynadakı keçmiş səfiri, Vaşinqtonda “Atlantic Council” analitik mərkəzinin Dina Patrisiya adına Avrasiya bölməsinin direktoru Con Herbest deyib. O, Ter-Petrosyanın münaqişəni həll etmək istədiyini xatırladıb. Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatında strateji nöqtə olan Burseya dağını ələ keçirməklə önəmli bir əngəli aşdı. "Mehmetcik" və ASO əməliyyatın 10-cu günündə ilk səhər döyüşünə başlayacaq. Ankara ABŞ-dan YPG-li terrorçuların (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı qolu - red.) işğalı etdiyi Suriyanın Münbic bölgəsindən əsgərlərini çəkməyi istəsə də, Vaşinqton mövqeyini dəyişmək niyyətində deyil. Bu haqda ABŞ-ın Mərkəzi Komandanlığının rəisi, general (CENTCOM) Cozef Votel CNN telekanalına açıqlamasında bildirib. Ankaranın tələbinə mənfi cavab verən ABŞ Fərat çayının qərbində yerləşən şəhərdə (Fərat çayı Ankara üçün “qırmızı xətt” hesab olunur - red.) YPG ilə əməkdaşlığı davam etdirməyi planlaşdırır. Jozef Votel Münbicdən çəkilməyi düşünmədiklərini söyləyib. YPG Türkiyə sərhədinin təxminən 40 kilometrliyində yerləşən Münbicdə 2016-ci ilin yazında yerləşib. Qeyd edək ki, Türkiyə Afrindən sonra Münbicdə əməliyyat həyata keçirmək niyyətini ifadə edib. Kürdlər Afrinin Suriyanın hökumət güclərinin nəzarəti altına verilməsinə razıdırlar. Bu haqda Afrindəki iki mənbə “İzvestiya” nəşrinə bildirib. “Biz şəhəri və Afrini əhatə edən rayonları verməyə hazırıq. Amma bu halda bizim maraqlarımızın zərər görməyəcəyi barədə zəmanət lazımdır”, - Rusiya nəşrinin həmsöhbətlərindən biri deyib. Kürdlərin Federal Milli-Mədəni Muxtariyyəti Şurasının sədri Fərhad Patiyevin sözlərinə görə, kürdlər hazırda Afrinin Dəməşqin nəzarətinə verilməsi barədə danışıqlar aparırlar. O bildirib ki, kürdlərin öz şərtləri var. Suriya Müdafiə Nazirliyindən də bildiriblər ki, hökumət qoşunları operativ vəziyyətdən asılı olaraq Afrinə girməyə hazırdır. Tehran ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən dəstəklənən PKK/PYD terror təşkilatını hədəf alıb. İranın ali dini lideri Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ABŞ-ın Fəratın şərqindən Suriyanı bölmək istədiyini bildirib. İŞİD terrorçuları Afrin əməliyyatlarında PYD/PKK qüvvələrinə dəstək olmaq məqsədilə bu bölgəyə gəlirlər. Bu barədə ASO-nun xüsusi əməliyyatlar üzrə komandiri Cəmil Karmo “Anadolu” agentliyinə açıqlamasında deyib. O, Afrin həbsxanalarından azadlığa buraxılan İŞİD-çilərin türk ordusuna qarşı vuruşduğunu bildirib: Bu gün Rusiyanın Soçi şəhərində Suriya Milli Dialoqunun Konqresi başlayıb. Suriya münaqişəsinin siyasi tənzimlənməsi prosesinə dəstək üçün keçirilən konqres Rusiya, İran və Türkiyənin təşkilatçılığı ilə keçirilir. Səudiyyə Ərəbistanında “səssiz çevriliş” ola bilər. Bu sözlər İsrailin Təl-Əviv Universitetinin hazırladığı hesabatda yer alıb. Hesabatda Səud xanədanının devrilmə ssenariləri təqdim edilib. Təqdim edilən ssenarilərdən birində çevriliş üçün əsas səbəb hazırkı vəliəhd Məhəmməd bin Salmanın müxtəlif cəbhələrdə məğlubiyyətə məruz qalması göstərilib. Onun xüsusilə Yəmən və Qətər qarşısında çarəsizliyi mövqelərini sarsıdıb. Lakin Salman üçün əsas məğlubiyyət Səudiyyə Ərəbistanının qarşısına qoyduğu 2030 hədəflərinə çata bilməyəcəyi barədə rəydir. Hazırlanan digər ssenaridə Səud nəslinin hakimiyyətdən devrilməsi təqdim edilib. Burada Salmanın səssiz şəkildə vəzifəsindən uzaqlaşdırılacağı və birbaşa hərbi çevrilişlə gedəcəyi bildirilib. Bununla bərabər, Səudiyyə Ərəbistanında bu çevriliş ərəfəsində böyük etiraz aksiyalarının keçiriləcəyi vurğulanıb. Təl-Əviv Universitetinin ekspertləri bu ssenarilərin gerçəkləşməsinin ən çox İsrailə zərər verəcəyini söyləyiblər. Bunun xüsusilə İrana qarşı yaradılacaq cəbhədə böyük itkilərə səbəb olacağı vurğulanıb. İsrailin baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə görüşündə Suriyada İranın hərbi mövcudluğunun yolverilməzliyi haqqında danışmağa hazırlaşır. Bu haqda İsrail hökumətinin baş naziri Moskvaya bugünkü səfərindən əvvəl bildirib. Hökumətin başçısı təkrarlayıb ki, yəhudi dövlətinin şimal sərhədlərində iranlıların möhkəmlənmək cəhdi ilə barışmağa hazır deyil və fəal şəkildə buna mane olur. “Mən bu məsələni Rusiya prezidenti Vladimir Putinlə müzakirə etməyə hazırlaşıram. Həmçinin İranın Livanı yüksək dəqiqlikli raketlərin istehsalı obyektinə çevirmək cəhdinə qarşıyıq. Biz bununla barışmağa hazır deyilik”, - Netanyahu deyib. Qeyd edək ki, İsrail Suriyada İrana yaxın olan “Hizbullah” təşkilatına qarşı hərbi əməliyyatları daim keçirdiyini etiraf edir.Rusiya tanklarımızı vurmaq üçün İrəvana LAZER SİLAHI VERDİ - ÜÇ SİRLİ MƏQAM
Ter-Petrosyanın Heydər Əliyevlə Qarabağ sazişi imzalamasının QARŞISINI KİM ALDI? - 20 illik SİRR
"Mehmetcik" şəhər döyüşlərinə BAŞLAYIR - "Zeytun budağı"nda YENİ MƏRHƏLƏ
ABŞ-Türkiyə döyüşü QAÇILMAZ OLDU - Vaşinqtondan müharibə elanı kimi BƏYANAT
Rusiya Türkiyənin kürəyinə zərbə vurmağa HAZIRLAŞIR – Gizli danışıqların ŞOK DETALLARI - VİDEO
“Türkiyə Afrində İsraillə döyüşür” - Suriyanın bölünmə XƏTTİ AÇIQLANDI
ABŞ-ın dağıdıcı planı İFLAS ETDİ - “B planı” bu gün İŞƏ DÜŞÜR